CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlamlıq haqqında tibbi arayışı elektron formada necə əldə etmək olar? VİDEO

© AFP 2024 / MARTIN BUREAUHəkim, arxiv
Həkim, arxiv - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Bu gündən sağlamlıq haqqında tibbi arayışlar elektron şəkildə veriləcək. "Şəxsi kabinet"ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.
BAKI, 1 may — Sputnik. İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron şəkildə təqdim olunacaq.
TƏBİB-dən verilən xəbərə görə, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:
• Tibb müəssisəsinə ilkin müraciət
• Laborator analizlərin verilməsi
• Həkim qəbullarından keçmək
• Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
• Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi
Daha sonra istifadəçilər "E-TABİB" mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
"Şəxsi kabinet"ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.
İstifadəçilər elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
Qeyd edək ki, bundan öncə əmək və məşğulluq altsistemində yenilik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, artıq müəssisələrə sağlamlıq haqqında arayış aparmağa ehtiyac yoxdur.
"Bunun üçün vətəndaş sağlamlıq haqqında arayış almalı olduğu ərazi üzrə tibb bölməsinə yaxınlaşmalıdır. Müayinədən keçdikdən sonra vətəndaşın sağlamlıq haqqında arayışı avtomatik şəkildə Əmək və Məşğulluq altsisteminə də inteqrasiya edilir. Bura bütün işəgötürənlər daxildir", məlumatda qeyd edilib.
Xəbər lenti
0