https://sputnik.az/20240501/potekaya-xitam-verilen-hallar-genislenib-464312567.html
İpotekaya xitam verilən hallar genişlənib
İpotekaya xitam verilən hallar genişlənib
Sputnik Azərbaycan
Prezident İlham Əliyev "İpoteka haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya... 01.05.2024, Sputnik Azərbaycan
2024-05-01T22:32+0400
2024-05-01T22:32+0400
2024-05-01T22:32+0400
ipoteka
cəmiyyət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020584_0:160:3072:1888_1920x0_80_0_0_961636554557a48e7ff81a28dd1e599d.jpg
BAKI, 1 may — Sputnik. İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020584_171:0:2902:2048_1920x0_80_0_0_48644c9c5c072deea1478ca183d708e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ipoteka, prezident ilham əliyev
ipoteka, prezident ilham əliyev
İpotekaya xitam verilən hallar genişlənib
Prezident İlham Əliyev "İpoteka haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
BAKI, 1 may — Sputnik. İpotekaya xitam verilən hallar genişlənib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:
- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.