https://sputnik.az/20240501/moskva-patriarxligi-azerbaycanda-dinlerarasi-munasibetlerin-cox-gozel-modelini-goruruk-464316391.html
Moskva Patriarxlığı: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük
Moskva Patriarxlığı: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük
Sputnik Azərbaycan
Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri əlavə edib ki, ənənəvi dinlər arasında çoxlu fərqlərin olmasına baxmayaraq, onların mənsubları... 01.05.2024, Sputnik Azərbaycan
2024-05-01T17:00+0400
2024-05-01T17:00+0400
2024-05-01T17:00+0400
rusiya
cəmiyyət
vi beynəlxalq humanitar forum
patriarx kirill
moskvanın və bütün rusiyanın patriarxı kirill
https://cdnn1.img.sputnik.az/img/07e8/05/01/464316224_0:0:923:520_1920x0_80_0_0_ade2a3ae54a60a16d1e71dcde5f6019d.jpg
BAKI, 1 may — Sputnik. Azərbaycana müqəddəs Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin xeyir-duası ilə bu günlərdə Bakıda keçirilən forumda iştirak etmək üçün gəlmişəm. Bu forum çoxlu sayda ictimai, mədəni, həmçinin dini xadimi bir araya gətirib. Bu barədə AZƏRTAC-a "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin "Dinlərarası dialoq yolu ilə etimadın möhkəmləndirilməsi" mövzusunda Bakı görüşündə iştirak edən Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri, mitropolit Anatoli Volokolamski bildirib. Mitropolit deyib: "Burada – Forumun platforması çərçivəsində müzakirə edəcəyimiz ən mühüm mövzulardan biri dinlərarası dialoqdur. Rus Pravoslav kilsəsi bu məsələyə böyük məsuliyyətlə yanaşır. Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri kimi deyə bilərəm ki, bu mövzu bizim üçün çox mühümdür. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də özünün giriş nitqində təəssüflə qeyd etdiyi çoxlu çəkişmə, münaqişə və qarşıdurmalarla ağırlaşan belə narahat bir vaxtda yaşayırıq və bu, bir faktdır. O vurğuladı ki, hazırkı narahat zamanda dini liderlərin sözü çox əhəmiyyətlidir. Dinlər arasında çoxlu fərqlər mövcuddur, amma onların nümayəndələri birlikdə sülhün zəruriliyindən danışanda, bu, böyük əhəmiyyət kəsb edir". Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri əlavə edib ki, ənənəvi dinlər arasında çoxlu fərqlərin olmasına baxmayaraq, onların mənsubları ümumi mənəvi prinsipləri bölüşür, bu əsasda dialoq qurur. O vurğulayıb ki, din xadimləri insanlar arasında ahəngin, sabitliyin, sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsinə bacardıqları töhfəni verməlidir. Anatoli Volokolamski sonda qeyd edib: "Bütün bunların yalnız xoş arzular olaraq qalması çox vacibdir, bu dialoqun həyata keçməsi zəruridir. Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük, çünki bu gözəl torpaqda müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları birgə yaşayırlar. Burada məbədlər məscidlərlə yanaşı yerləşir. Çox sevindiricidir ki, burada, Azərbaycanda dinlərarası dialoqun həyata keçirilməsinin çox gözəl nümunəsinin şahidi oluruq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/01/464316224_74:0:914:630_1920x0_80_0_0_152025dc23134793880d854e7ff155b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, vi beynəlxalq humanitar forum, patriarx kirill, moskvanın və bütün rusiyanın patriarxı kirill
rusiya, vi beynəlxalq humanitar forum, patriarx kirill, moskvanın və bütün rusiyanın patriarxı kirill
Moskva Patriarxlığı: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük
Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri əlavə edib ki, ənənəvi dinlər arasında çoxlu fərqlərin olmasına baxmayaraq, onların mənsubları ümumi mənəvi prinsipləri bölüşür, bu əsasda dialoq qurur.
BAKI, 1 may — Sputnik. Azərbaycana müqəddəs Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin xeyir-duası ilə bu günlərdə Bakıda keçirilən forumda iştirak etmək üçün gəlmişəm. Bu forum çoxlu sayda ictimai, mədəni, həmçinin dini xadimi bir araya gətirib.
Bu barədə AZƏRTAC-a "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin "Dinlərarası dialoq yolu ilə etimadın möhkəmləndirilməsi" mövzusunda Bakı görüşündə iştirak edən Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri, mitropolit Anatoli Volokolamski bildirib.
Mitropolit deyib: "Burada – Forumun platforması çərçivəsində müzakirə edəcəyimiz ən mühüm mövzulardan biri dinlərarası dialoqdur. Rus Pravoslav kilsəsi bu məsələyə böyük məsuliyyətlə yanaşır. Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri kimi deyə bilərəm ki, bu mövzu bizim üçün çox mühümdür. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də özünün giriş nitqində təəssüflə qeyd etdiyi çoxlu çəkişmə, münaqişə və qarşıdurmalarla ağırlaşan belə narahat bir vaxtda yaşayırıq və bu, bir faktdır. O vurğuladı ki, hazırkı narahat zamanda dini liderlərin sözü çox əhəmiyyətlidir. Dinlər arasında çoxlu fərqlər mövcuddur, amma onların nümayəndələri birlikdə sülhün zəruriliyindən danışanda, bu, böyük əhəmiyyət kəsb edir".
Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri əlavə edib ki, ənənəvi dinlər arasında çoxlu fərqlərin olmasına baxmayaraq, onların mənsubları ümumi mənəvi prinsipləri bölüşür, bu əsasda dialoq qurur. O vurğulayıb ki, din xadimləri insanlar arasında ahəngin, sabitliyin, sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsinə bacardıqları töhfəni verməlidir.
Anatoli Volokolamski sonda qeyd edib: "Bütün bunların yalnız xoş arzular olaraq qalması çox vacibdir, bu dialoqun həyata keçməsi zəruridir. Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük, çünki bu gözəl torpaqda müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları birgə yaşayırlar. Burada məbədlər məscidlərlə yanaşı yerləşir. Çox sevindiricidir ki, burada, Azərbaycanda dinlərarası dialoqun həyata keçirilməsinin çox gözəl nümunəsinin şahidi oluruq".