https://sputnik.az/20240501/hec-bir-olke-iqlim-deyisikliyinin-helline-tekbasina-nail-ola-bilmez---nazir-464316940.html
Heç bir ölkə iqlim dəyişikliyinin həllinə təkbaşına nail ola bilməz - nazir
Heç bir ölkə iqlim dəyişikliyinin həllinə təkbaşına nail ola bilməz - nazir
Sputnik Azərbaycan
Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının... 01.05.2024, Sputnik Azərbaycan
2024-05-01T21:50+0400
2024-05-01T21:50+0400
2024-05-01T21:50+0400
muxtar babayev
cəmiyyət
su
içməli su
iqlim
qlobal iqlim dəyişikliyi
iqlim dəyişikliyi
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
cop29
https://cdnn1.img.sputnik.az/img/42250/51/422505122_0:0:2001:1125_1920x0_80_0_0_c238be203588407de07f747c1b0082e0.jpg
BAKI, 1 may — Sputnik. Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bunu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. O bildirib ki, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir. Nazir qeyd edib ki, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. "Son illər ölkədə "yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq, islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, "yaşıl maliyyələşdirmə" təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində mühüm addımlar atılır", nazir qeyd edib. O bildirib ki, ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. O qeyd edib ki, heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz və effektiv əlaqələrin və əməkdaşlığın qurulması vacibdir. Nazir Muxtar Babayev deyib ki, son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri yüksəlir. Nazir deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır. O bildirib ki, bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir: "Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir. Bu il ölkəmiz, həmçinin metan emissiyalarının azaldılması üzrə "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulub. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı "yaşıl enerji" tərəfdaşı kimi mövqeyini gücləndirir". "Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastruktur layihələri icra olunur. Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir" - deyə nazir qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42250/51/422505122_0:0:1773:1330_1920x0_80_0_0_874d8ed1be86cc4ccc53e15a2e321754.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, su, içməli su, iqlim, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, cop29
muxtar babayev, su, içməli su, iqlim, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, cop29
Heç bir ölkə iqlim dəyişikliyinin həllinə təkbaşına nail ola bilməz - nazir
Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
BAKI, 1 may — Sputnik. Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib.
Bunu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.
Nazir qeyd edib ki, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
"Son illər ölkədə "yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq, islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, "yaşıl maliyyələşdirmə" təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində mühüm addımlar atılır", nazir qeyd edib.
O bildirib ki, ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. O qeyd edib ki, heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz və effektiv əlaqələrin və əməkdaşlığın qurulması vacibdir.
Nazir Muxtar Babayev deyib ki, son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri yüksəlir.
Nazir deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.
O bildirib ki, bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir: "Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir. Bu il ölkəmiz, həmçinin metan emissiyalarının azaldılması üzrə "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulub. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı "yaşıl enerji" tərəfdaşı kimi mövqeyini gücləndirir".
"Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastruktur layihələri icra olunur. Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir" - deyə nazir qeyd edib.