https://sputnik.az/20240501/azerbaycanda-olumunden-sonra-donor-olmaq-ucun-qeydiyyatdan-kecenler-var-464316517.html
Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var
Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var
Sputnik Azərbaycan
Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib. 01.05.2024, Sputnik Azərbaycan
2024-05-01T22:53+0400
2024-05-01T22:53+0400
2024-05-01T22:53+0400
donor
səhiyyə
orqan
orqanizm
transplantasiya
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462463238_0:320:3072:2048_1920x0_80_0_0_72e8bbb746062052425947a5c20dce74.jpg
BAKI, 1 may — Sputnik. Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var. Bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. O bildirib ki, bu sahədə davamlı olaraq maarifləndirmə işləri aparılır, reanimatoloqlar ilə təlimlər keçirilir: "Hazırda Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçən insanlar var, lakin onların sayı çox azdır". Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib:"Türkiyə təcrübəsinə baxsaq, orada Koordinasiya Mərkəzi yaradıldıqdan 30 il sonra ilk beyin ölümü gerçəkləşən xəstənin orqanları transplantasiya edilib. Yəni bu, Azərbaycan üçün yeni bir prosesdir. Hazırda Azərbaycanda 4000 dializ xəstəsi var. Transplantasiya üçün növbədə olanlara gəldikdə isə, ilk növbədə böyrək transplantasiyası gözləyənlərin sayı üstünlük təşkil edir. İkinci yerdə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyası gözləyənlər dayanır. Hazırda Azərbaycana orqan idxalı da həyata keçirilir. Belə ki, hazırda yalnız buynuz qişa xaricdən idxal olunur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462463238_0:0:2732:2048_1920x0_80_0_0_76c46d7a5de93f30618a696ab9aa0f65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donor, orqan, orqanizm, transplantasiya
donor, orqan, orqanizm, transplantasiya
Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var
Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib.
BAKI, 1 may — Sputnik. Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var.
Bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, bu sahədə davamlı olaraq maarifləndirmə işləri aparılır, reanimatoloqlar ilə təlimlər keçirilir:
"Hazırda Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçən insanlar var, lakin onların sayı çox azdır".
Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib:
"Türkiyə təcrübəsinə baxsaq, orada Koordinasiya Mərkəzi yaradıldıqdan 30 il sonra ilk beyin ölümü gerçəkləşən xəstənin orqanları transplantasiya edilib. Yəni bu, Azərbaycan üçün yeni bir prosesdir. Hazırda Azərbaycanda 4000 dializ xəstəsi var. Transplantasiya üçün növbədə olanlara gəldikdə isə, ilk növbədə böyrək transplantasiyası gözləyənlərin sayı üstünlük təşkil edir. İkinci yerdə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyası gözləyənlər dayanır. Hazırda Azərbaycana orqan idxalı da həyata keçirilir. Belə ki, hazırda yalnız buynuz qişa xaricdən idxal olunur".