https://sputnik.az/20240501/abs-rana-qarsi-koalisiya-yaratmaga-calisir---srail-cetin-secim-qarsisindadir-464294531.html
ABŞ İrana qarşı koalisiya yaratmağa çalışır - İsrail çətin seçim qarşısındadır
ABŞ İrana qarşı koalisiya yaratmağa çalışır - İsrail çətin seçim qarşısındadır
Sputnik Azərbaycan
İrana qarşı müdafiə koalisiyası yaratmaq üçün İsrail Qəzza zolağında altı aydan artıqdır davam edən müharibəni dərhal dayandırmalı və fələstinlilərlə... 01.05.2024, Sputnik Azərbaycan
2024-05-01T10:01+0400
2024-05-01T10:01+0400
2024-05-01T10:24+0400
abş
təhlil
təl-əviv
iran
israil
həmas
"hizbullah"
"hizbullah" təşkilatı
fələstin
qəzza
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444548759_0:0:3641:2048_1920x0_80_0_0_4c9712edb4658ab067b3d0c522ccd430.jpg
BAKI, 1 may — Sputnik. Misirlə sərhəddə yerləşən Rəfah şəhərində HƏMAS hərəkatına qarşı əməliyyat keçirməyi planlaşdıran İsrail rəhbərliyi, Təl-Əvivə hadisələrin inkişafı üçün alternativ ssenari təklif edən Vaşinqtonun təzyiqi altındadır. "The New York Times"da dərc olunmuş məqalədə bundan söhbət açılıb. Qeyd edək ki, ABŞ İsrail ordusunun Rəfahı işğal etməsinə qarşıdır, çünki hesab edir ki, bu, Təl-Əvivə HƏMAS-a son qoymağa kömək etməyəcək, əksinə, münaqişəyə yeni oyunçuları, xüsusən də Misiri sürükləyəcək. Vaşinqton Rəfah əməliyyatı əvəzinə İsrailə Ər-Riyadla dostluq, yəni İrana qarşı çıxmaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi bir növ müdafiə koalisiyasının yaradılmasını təklif edir. Belə bir koalisiya yaratmaq üçün İsrail Qəzza zolağında altı aydan artıqdır davam edən müharibəni dərhal dayandırmalı və fələstinlilərlə danışıqlara başlamalıdır. Məqalə müəllifi qeyd edib ki, əgər İsrail fələstinlilərlə sülh danışıqlarından imtina edərək Rəfahda əməliyyata başlasa, bu, Təl-Əvivin qlobal təcridini daha da pisləşdirəcək və Bayden administrasiyası ilə münasibətlərin əsl pozulmasına gətirib çıxaracaq. Hər kəsə lazım olan - İrana qarşı koalisiya Qeyd edək ki, ABŞ bu gün Yaxın Şərqdə öz təsirini bərpa etmək üçün Qəzza zolağındakı münaqişədən maksimum yararlanmağa çalışır. Belə ki, Vaşinqtonun Körfəz ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə münasibətlərinin zəiflədiyi dövrdə Ər-Riyad İranla diplomatik və siyasi əlaqələri bərpa edib. Eyni zamanda, Səudiyyə Ərəbistanı İranın köməyi ilə əvvəllər uzun illər Səudiyyə şəhərlərinə və infrastrukturuna hücum edən Yəmən husi üsyançıları ilə barışıq əldə edə bilib. Bununla belə, İranın da daxil olduğu başqa bir Fələstin-İsrail münaqişəsi Körfəz ölkələrində vəziyyəti növbəti dəfə poza bilər. Belə ki, iki həftə əvvəl İran silahlı qüvvələrinin İsrail ərazisinə raket hücumu zamanı bütün gözlər Səudiyyə Ərəbistanında idi - krallığın rəsmiləri İsrailin müdafiəsi koalisiyasında iştirak etmədiklərini bildirsələr də, bir sıra Qərb mediası Ər-Riyadın Vaşinqtona İranın pilotsuz təyyarələri və raketlərinin yəhudi dövlətinə hücumunu dəf etməsinə kömək etdiyini yazıb. Eyni zamanda, husilər yenidən Qırmızı dənizdə aktiv fəaliyyətə başlayıblar və dünən gecə Cibutidən Səudiyyə Ərəbistanına gedən İsraillə əlaqəli ticarət gəmisi onların atəşinə tutulub. Yəni, İsrailə yardım haqqında şayiələri nəzərə alsaq, Ər-Riyadın husilərlə hücum etməmək barədə kövrək razılaşması hər an, o cümlədən Tehranın təhriki ilə pozula bilər. İrandan uzaqlaşmaq və onun rolunu zəiflətmək Bu gün Körfəz ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveytin məqsədi Qəzzada atəşkəsə nail olmaq və Fələstin dövlətinin tanınması yolu ilə İranın Fələstin-İsrail münaqişəsində və müvafiq olaraq regionda rolunu zəiflətməkdir. Belə ki, husilərin, Livanın "Hizbullah" hərəkatının, İraq və Suriya şiələrinin vəkillərinin təmsil etdiyi anti-Əzrail qüvvələrinə açıq şəkildə kömək və sponsorluq edən İran ərəb küçəsində qəhrəmana çevrilib. Tehranın İsrail ərazisinə ilk açıq zərbələri isə İranı ərəb əhalisinin İsrail təcavüzünə qarşı əsas müdafiəçisinə çevirdi. Ərəblər dərhal xatırladılar ki, bir ərəb dövlətindən İsrail ərazisinə sonuncu dəfə hücumlar Səddam Hüseyn tərəfindən həyata keçirilib və Tehranın dərhal "İraq müqavimətinin varisi" rolunu oynayacağı proqnozlaşdırılıb. İranın rolunun bu cür güclənməsi, təbii ki, təşəbbüsü öz əllərinə almaq qərarına gələn ərəb monarxiyalarının ürəyincə olmadı. Belə ki, əgər Səudiyyə Ərəbistanı ABŞ-ın vasitəçiliyi ilə İsraili Qəzza zolağında qanlı müharibəyə son qoymağa, Netanyahunu fələstinlilərlə danışıqlar masasına oturtmağa nail olsa, o zaman bölgədə İrana ehtiyac qalmayacaq. Belə olan halda Krallığın Fələstin maraqlarının əsas müdafiəçisi kimi öz imicini bərpa etmək üçün hər cür şansı var. Belə olan halda regional proseslərdən kənarda qalan İran Amerikanın ərəb ölkələrindəki hərbi bazaları üçün potensial təhlükəyə çevrilə bilər. İsraillə müdafiə koalisiyası yaratmaq və ona ərəb müttəfiqlərini cəlb etmək ABŞ üçün təhlükəsizlik məsələsinə çevriləcək – axı, Tehran əvvəllər raketlərinin nə qədər uzağa uçduğunu praktikada sübut edib. Bunun üçün Vaşinqton ilk növbədə Təl-Əvivi öz şövqünü cilovlamağa və Qəzza zolağında gələcək müharibədən əl çəkməyə inandırmalıdır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444548759_0:0:2731:2048_1920x0_80_0_0_dc5a27c7f5d41a9506cf44fec037d7ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
abş, təl-əviv, iran, israil, həmas, "hizbullah", "hizbullah" təşkilatı, fələstin, qəzza, ər-riyad, vaşinqton
abş, təl-əviv, iran, israil, həmas, "hizbullah", "hizbullah" təşkilatı, fələstin, qəzza, ər-riyad, vaşinqton
ABŞ İrana qarşı koalisiya yaratmağa çalışır - İsrail çətin seçim qarşısındadır
10:01 01.05.2024 (Yenilənib: 10:24 01.05.2024) İrana qarşı müdafiə koalisiyası yaratmaq üçün İsrail Qəzza zolağında altı aydan artıqdır davam edən müharibəni dərhal dayandırmalı və fələstinlilərlə danışıqlara başlamalıdır.
BAKI, 1 may — Sputnik. Misirlə sərhəddə yerləşən Rəfah şəhərində HƏMAS hərəkatına qarşı əməliyyat keçirməyi planlaşdıran İsrail rəhbərliyi, Təl-Əvivə hadisələrin inkişafı üçün alternativ ssenari təklif edən Vaşinqtonun təzyiqi altındadır. "The New York Times"da dərc olunmuş məqalədə bundan söhbət açılıb.
Qeyd edək ki, ABŞ İsrail ordusunun Rəfahı işğal etməsinə qarşıdır, çünki hesab edir ki, bu, Təl-Əvivə HƏMAS-a son qoymağa kömək etməyəcək, əksinə, münaqişəyə yeni oyunçuları, xüsusən də Misiri sürükləyəcək. Vaşinqton Rəfah əməliyyatı əvəzinə İsrailə Ər-Riyadla dostluq, yəni İrana qarşı çıxmaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi bir növ müdafiə koalisiyasının yaradılmasını təklif edir.
Belə bir koalisiya yaratmaq üçün İsrail Qəzza zolağında altı aydan artıqdır davam edən müharibəni dərhal dayandırmalı və fələstinlilərlə danışıqlara başlamalıdır.
"ABŞ diplomatiyası Qəzzada müharibəni bitirmək və Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmaq üçün son həftələrdə İsrail və Baş nazir Binyamin Netanyahu üçün tək seçim olaraq ortaya çıxıb. Hansını daha çox arzulayırsınız – Rəfahı, yoxsa Ər-Riyadı?", – "The New York Times"dakı məqalədə belə yazılıb.
Məqalə müəllifi qeyd edib ki, əgər İsrail fələstinlilərlə sülh danışıqlarından imtina edərək Rəfahda əməliyyata başlasa, bu, Təl-Əvivin qlobal təcridini daha da pisləşdirəcək və Bayden administrasiyası ilə münasibətlərin əsl pozulmasına gətirib çıxaracaq.
Hər kəsə lazım olan - İrana qarşı koalisiya
Qeyd edək ki, ABŞ bu gün Yaxın Şərqdə öz təsirini bərpa etmək üçün Qəzza zolağındakı münaqişədən maksimum yararlanmağa çalışır. Belə ki, Vaşinqtonun Körfəz ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə münasibətlərinin zəiflədiyi dövrdə Ər-Riyad İranla diplomatik və siyasi əlaqələri bərpa edib.
Eyni zamanda, Səudiyyə Ərəbistanı İranın köməyi ilə əvvəllər uzun illər Səudiyyə şəhərlərinə və infrastrukturuna hücum edən Yəmən husi üsyançıları ilə barışıq əldə edə bilib.
Bununla belə, İranın da daxil olduğu başqa bir Fələstin-İsrail münaqişəsi Körfəz ölkələrində vəziyyəti növbəti dəfə poza bilər.
Belə ki, iki həftə əvvəl İran silahlı qüvvələrinin İsrail ərazisinə raket hücumu zamanı bütün gözlər Səudiyyə Ərəbistanında idi - krallığın rəsmiləri İsrailin müdafiəsi koalisiyasında iştirak etmədiklərini bildirsələr də, bir sıra Qərb mediası Ər-Riyadın Vaşinqtona İranın pilotsuz təyyarələri və raketlərinin yəhudi dövlətinə hücumunu dəf etməsinə kömək etdiyini yazıb.
Eyni zamanda, husilər yenidən Qırmızı dənizdə aktiv fəaliyyətə başlayıblar və dünən gecə Cibutidən Səudiyyə Ərəbistanına gedən İsraillə əlaqəli ticarət gəmisi onların atəşinə tutulub.
Yəni, İsrailə yardım haqqında şayiələri nəzərə alsaq, Ər-Riyadın husilərlə hücum etməmək barədə kövrək razılaşması hər an, o cümlədən Tehranın təhriki ilə pozula bilər.
İrandan uzaqlaşmaq və onun rolunu zəiflətmək
Bu gün Körfəz ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveytin məqsədi Qəzzada atəşkəsə nail olmaq və Fələstin dövlətinin tanınması yolu ilə İranın Fələstin-İsrail münaqişəsində və müvafiq olaraq regionda rolunu zəiflətməkdir.
Belə ki, husilərin, Livanın "Hizbullah" hərəkatının, İraq və Suriya şiələrinin vəkillərinin təmsil etdiyi anti-Əzrail qüvvələrinə açıq şəkildə kömək və sponsorluq edən İran ərəb küçəsində qəhrəmana çevrilib. Tehranın İsrail ərazisinə ilk açıq zərbələri isə İranı ərəb əhalisinin İsrail təcavüzünə qarşı əsas müdafiəçisinə çevirdi. Ərəblər dərhal xatırladılar ki, bir ərəb dövlətindən İsrail ərazisinə sonuncu dəfə hücumlar Səddam Hüseyn tərəfindən həyata keçirilib və Tehranın dərhal "İraq müqavimətinin varisi" rolunu oynayacağı proqnozlaşdırılıb.
İranın rolunun bu cür güclənməsi, təbii ki, təşəbbüsü öz əllərinə almaq qərarına gələn ərəb monarxiyalarının ürəyincə olmadı. Belə ki, əgər Səudiyyə Ərəbistanı ABŞ-ın vasitəçiliyi ilə İsraili Qəzza zolağında qanlı müharibəyə son qoymağa, Netanyahunu fələstinlilərlə danışıqlar masasına oturtmağa nail olsa, o zaman bölgədə İrana ehtiyac qalmayacaq. Belə olan halda Krallığın Fələstin maraqlarının əsas müdafiəçisi kimi öz imicini bərpa etmək üçün hər cür şansı var.
Belə olan halda regional proseslərdən kənarda qalan İran Amerikanın ərəb ölkələrindəki hərbi bazaları üçün potensial təhlükəyə çevrilə bilər. İsraillə müdafiə koalisiyası yaratmaq və ona ərəb müttəfiqlərini cəlb etmək ABŞ üçün təhlükəsizlik məsələsinə çevriləcək – axı, Tehran əvvəllər raketlərinin nə qədər uzağa uçduğunu praktikada sübut edib. Bunun üçün Vaşinqton ilk növbədə Təl-Əvivi öz şövqünü cilovlamağa və Qəzza zolağında gələcək müharibədən əl çəkməyə inandırmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.