Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 25 il ötür
11:02 30.04.2024 (Yenilənib: 11:15 30.04.2024)
© AR Ministry of DefenceСпецназ ВС Азербайджана
Abunə olmaq
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər.
BAKI, 30 aprel — Sputnik. Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür. Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
© AR Ministry of DefenceXüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
© Photo : Baku Media CenterXüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev
© Photo : Baku Media Center
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.