https://sputnik.az/20240430/sahibkarligin-nkisafi-fondunun-maliyye-hesabati-aciqlanib-464296193.html
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
Sputnik Azərbaycan
Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T18:39+0400
2024-04-30T18:39+0400
2024-04-30T18:39+0400
sahibkarlığın inkişafı fondu
iqtisadiyyat
hesabat
maliyyə
mühasibat uçotu
standart
gəlir
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:2001:1125_1920x0_80_0_0_5361edb7b4166f8564e6e4f66528499a.jpg
BAKI, 30 aprel — Sputnik. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb. Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Nazirlikdən bildirilib ki, hesabata əsasən, ötən il Fondun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53 faiz artaraq 20 milyon 779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, fondun vergidən əvvəl mənfəəti 15 milyon 108 min manat, mənfəət vergisi xərci isə 2023-cü ildə 2 milyon 605 min manat təşkil edib. Fond 2023-cü ili 12 milyon 503 min manat mənfəətlə başa vurub. Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Beləliklə, kiçik həcmli kreditlərin ümumi balans dəyəri 25 faiz artaraq 130 milyon 447 min manat, orta həcmli kreditlər isə 24 faiz artaraq 169 milyon 936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10 faiz artaraq 307 milyon 536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33 faizə yüksəlib. Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. Ötən ilin maliyyə hesabatları "Baker Tilly Azərbaycan" audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları fondun 2023-cü il 31 dekabr tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:1773:1330_1920x0_80_0_0_690134ab1836e85c19bc758d3bd7c724.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibkarlığın inkişafı fondu, hesabat, maliyyə, mühasibat uçotu, standart, gəlir
sahibkarlığın inkişafı fondu, hesabat, maliyyə, mühasibat uçotu, standart, gəlir
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib.
BAKI, 30 aprel — Sputnik. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb. Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib.
Nazirlikdən bildirilib ki, hesabata əsasən, ötən il Fondun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53 faiz artaraq 20 milyon 779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, fondun vergidən əvvəl mənfəəti 15 milyon 108 min manat, mənfəət vergisi xərci isə 2023-cü ildə 2 milyon 605 min manat təşkil edib. Fond 2023-cü ili 12 milyon 503 min manat mənfəətlə başa vurub.
Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Beləliklə, kiçik həcmli kreditlərin ümumi balans dəyəri 25 faiz artaraq 130 milyon 447 min manat, orta həcmli kreditlər isə 24 faiz artaraq 169 milyon 936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10 faiz artaraq 307 milyon 536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33 faizə yüksəlib.
Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. Ötən ilin maliyyə hesabatları "Baker Tilly Azərbaycan" audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib.
Audit rəyinə əsasən, maliyyə hesabatları fondun 2023-cü il 31 dekabr tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.