SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstan XİN-dən Bayramov-Mirzoyan görüşünün vaxtı ilə bağlı açıqlama

© Photo : MFA AzerbaijanAzərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş, arxiv
Azərbaycan və Ermənistan  xarici işlər nazirləri arasında görüş, arxiv - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır.
BAKI, 30 aprel — Sputnik. Ermənistan cavab vermədiyi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda planlaşdırılan danışıqların tarixi hələ müəyyən edilməyib. Bunu RİA Novosti-yə Qazaxıstan Xarici İşlər Nazirinin müavini Alibek Bakayev deyib.
Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır və Qazaxıstan tərəfi hazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxlayır. Eyni zamanda, onun sözlərinə görə, danışıqların yalnız bu iki tərəf arasında aparılması nəzərdə tutulur.

"Ermənistan və Azərbaycan mənim yurisdiksiyamda deyil, amma bildiyimə görə, görüşün tarixi hələ müəyyən edilməyib, çünki iştirakçıların hamısı cavab verməyib. Ermənistan hələ ki, dəqiq vaxtla bağlı razılığını versə , biz bu danışıqların baş tutacağını gözləyirik", - Bakayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın İrəvan və Bakıya bu danışıqlar üçün platforma olmasını təklif etməsi təsadüfi deyildi ki, onun münaqişənin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərində də olub.
Qeyd edək ki, Azərbaycan XİN rəsmisi Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda görüşəcəyini təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0