DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papikyan və fransalı senator əməkdaşlığı müzakirə ediblər

© SputnikErmənistan müdafiə naziri Suren Papikyan
Ermənistan müdafiə naziri Suren Papikyan - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Ermənistanın müdafiə naziri və fransalı senator Aİ ilə ikitərəfli əlaqələri və əməkdaşlığı müzakirə ediblər
BAKI, 30 aprel — Sputnik. Ermənistan müdafiə naziri Suren Papikyan və Fransa Senatının nümayəndəsi İrəvan və Paris arasında müdafiə sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər.
"Aprelin 30-da Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa işləri üzrə komissiyalarının üzvü Ronan Le Qloyonu qəbul edib. Görüş zamanı Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib" - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə regional təhlükəsizlik məsələləri və Ermənistan Silahlı Qüvvələrində aparılan genişmiqyaslı islahatların da müzakirə edildiyi qeyd olunur.
© AFP 2023 / LUDOVIC MARIN"Mistral" zenit-raket kompleksi
Mistral zenit-raket kompleksi - Sputnik Azərbaycan, 1920, 30.04.2024
"Mistral" zenit-raket kompleksi
Xatırladaq ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı İrəvan ilə Paris müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalayıb. Fransa Ermənistana 24 "Bastion" tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir. İrəvan bu yaxınlarda "Thales"dən üç GM200 radarı sifariş edib və "MISTRAL 3" zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır.
Bundan başqa, Fransa Senatı hökuməti mümkün olduğu qədər tez "Sezar" özüyeriyən artilleriya qurğularının tədarükü imkanlarını araşdırmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0