https://sputnik.az/20240430/neft-ucuzlasir---sebeb-nedir-464275468.html
Neft ucuzlaşır - Səbəb nədir?
Neft ucuzlaşır - Səbəb nədir?
Sputnik Azərbaycan
Qeyd edək ki, Yaxın Şərqdə neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar son həftələrdə neft qiymətlərinin bahalaşmasında əsas rol oynayıb. 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T11:20+0400
2024-04-30T11:20+0400
2024-04-30T11:46+0400
neft
neft-qaz
qiymət
dollar
azeri light markalı neft
brent
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290120_0:195:2949:1854_1920x0_80_0_0_bd0eccdee85df1a20df06888a35544f8.jpg
BAKI, 30 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. İnvestorlar Yaxın Şərqdə mümkün atəşkəs danışıqlarını, ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) gözlənilən iclasını diqqətlə izləyirlər. Atəşkəs danışıqlarının Yaxın Şərqdə münaqişə ilə bağlı narahatlıqları azaltması nefti ucuzlaşdırıb. Bu həftə keçiriləcək Federal Ehtiyat Sisteminin iclasından əvvəl faizlərin uzun müddət yüksək səviyyədə saxlanma gözləntiləri neft bazarına təsir göstərib. FED-in uzun müddət faizləri yüksək səviyyədə saxlaması dolların daha da bahalaşmasına, neftə tələbatın isə azalmasına səbəb ola bilər. "Brent" markalı neft 10 sent ucuzlaşaraq 88,30 dollar, ABŞ-nin Qərbi Texas nefti 13 sent ucuzlaşaraq 82,50 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 91 sent azalaraq 89,77 dollar təşkil edib. Qeyd edək ki, Yaxın Şərqdə neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar son həftələrdə neft qiymətlərinin bahalaşmasında əsas rol oynayıb. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin artması neft qiymətlərini 100 dollara qaldıra bilər. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290120_109:0:2840:2048_1920x0_80_0_0_5f6b1168a87b4b97c3ae0e6539408520.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, dollar, azeri light markalı neft, brent
neft, qiymət, dollar, azeri light markalı neft, brent
Neft ucuzlaşır - Səbəb nədir?
11:20 30.04.2024 (Yenilənib: 11:46 30.04.2024) Qeyd edək ki, Yaxın Şərqdə neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar son həftələrdə neft qiymətlərinin bahalaşmasında əsas rol oynayıb.
BAKI, 30 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. İnvestorlar Yaxın Şərqdə mümkün atəşkəs danışıqlarını, ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) gözlənilən iclasını diqqətlə izləyirlər. Atəşkəs danışıqlarının Yaxın Şərqdə münaqişə ilə bağlı narahatlıqları azaltması nefti ucuzlaşdırıb. Bu həftə keçiriləcək Federal Ehtiyat Sisteminin iclasından əvvəl faizlərin uzun müddət yüksək səviyyədə saxlanma gözləntiləri neft bazarına təsir göstərib.
FED-in uzun müddət faizləri yüksək səviyyədə saxlaması dolların daha da bahalaşmasına, neftə tələbatın isə azalmasına səbəb ola bilər.
"Brent" markalı neft 10 sent ucuzlaşaraq 88,30 dollar, ABŞ-nin Qərbi Texas nefti 13 sent ucuzlaşaraq 82,50 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 91 sent azalaraq 89,77 dollar təşkil edib.
Qeyd edək ki, Yaxın Şərqdə neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar son həftələrdə neft qiymətlərinin bahalaşmasında əsas rol oynayıb. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin artması neft qiymətlərini 100 dollara qaldıra bilər.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.