Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir - Görüşlər davam etdirilir - FOTO
© Photo : Ministry of EconomyMikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir - Görüşlər davam etdirilir
© Photo : Ministry of Economy
Abunə olmaq
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İslam İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət məsələləri müzakirə olunub, sənədlər imzalanıb.
BAKI, 30 aprel — Sputnik. Səudiyyə Ərəbistanına səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl Casir ilə görüşüb. Tərəflər birgə fəaliyyətin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi imkanlarını dəyərləndiriblər.
Görüş çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib. Bu sənədlərin icrasının əməkdaşlığın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacağı vurğulanıb.
© Photo : Ministry of EconomyMikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir - Görüşlər davam etdirilir
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir - Görüşlər davam etdirilir
© Photo : Ministry of Economy
OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpa olunan enerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı, həmçinin beynəlxalq qurumlar çərçivəsində tərəfdaşlığın qlobal trendlərə uyğunlaşdırılması üçün birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində ortaq təşəbbüslərin perspektivləri nəzərdən keçirilib.
"Saudi Aramco" şirkətinin prezidenti və baş icraçı direktoru Amin Hassan Nasserlə görüşdə tərəflər ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr aparıblar.
© Photo : Ministry of EconomyMikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir - Görüşlər davam etdirilir
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir - Görüşlər davam etdirilir
© Photo : Ministry of Economy
Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdə Azərbaycanın qlobal iqtisadi çağırışların təmin edilməsində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişafı trendləri barədə danışılıb.
Səudiyyə Ərəbistanı Krallığında Dünya İqtisadi Forumunun "Qlobal əməkdaşlıq, inkişaf və enerji inkişafı" tədbiri çərçivəsində "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı - yüksək səviyyəli nahar: Qlobal təhlükəsizlik və inkişaf gündəliyinin planlaşdırılması" və "İnsanlar, Siyasət, Maliyyə: Ədalətli enerji keçidinin həyata keçirilməsi" mövzularında sessiyalar keçirilib. Qlobal inkişafa dair müzakirələrin aparıldığı sessiyalarda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.