https://sputnik.az/20240430/kulek-guclenecek-caylardan-sel-kececek-464287295.html
Külək güclənəcək, çaylardan sel keçəcək
Külək güclənəcək, çaylardan sel keçəcək
Sputnik Azərbaycan
Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava... 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T21:04+0400
2024-04-30T21:04+0400
2024-04-30T21:04+0400
külək
cəmiyyət
sel
azərbaycan
milli hidrometeorologiya xidməti
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460853076_0:0:3011:1694_1920x0_80_0_0_adb4687ffab659f01f342024645ad39e.jpg
BAKI, 30 aprel — Sputnik. Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 ms/, arabir 20-23 m/s, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı- ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460853076_280:0:3011:2048_1920x0_80_0_0_4fc4780f8b96f4a601eceff3c58d453a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
külək, sel, azərbaycan, milli hidrometeorologiya xidməti
külək, sel, azərbaycan, milli hidrometeorologiya xidməti
Külək güclənəcək, çaylardan sel keçəcək
Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır
BAKI, 30 aprel — Sputnik. Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 ms/, arabir 20-23 m/s, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı- ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.