https://sputnik.az/20240430/ermenistan-rusiya-munasibetlerinde-problemler-var---mirzoyan-464298713.html
Ermənistan-Rusiya münasibətlərində problemlər var - Mirzoyan
Ermənistan-Rusiya münasibətlərində problemlər var - Mirzoyan
Sputnik Azərbaycan
XİN rəhbəri deyib ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, lakin təşkilatın mexanizmlərinin işə salınmasında... 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T19:34+0400
2024-04-30T19:34+0400
2024-04-30T19:34+0400
dünya xəbərləri
ararat mirzoyan
ermənistan
rusiya
ktmt
nəqliyyat
dəhliz
azərbaycan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460106032_0:0:3072:1728_1920x0_80_0_0_e992b5380f2d3879e38f104fbf43d1ac.jpg
BAKI, 30 aprel — Sputnik. Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var və ölkələr bu problemlərin həlli üçün dialoq aparır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Əl-Cəzirə televiziyasına müsahibəsində deyib. XİN rəhbəri deyib ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, lakin təşkilatın mexanizmlərinin işə salınmasında israrlıdır. "KTMT, artıq qeyd etdiyim kimi, üzv dövlətlərin sərhədlərini qorumaq üçün yaradılan hərbi-siyasi birlikdir və lazımi cavabın olmaması Ermənistan cəmiyyətində suallar yaradıb və biz uğursuz mexanizmlərin bir hissəsi olmaq istəmirik. Biz hələ də KTMT-nin üzvüyük, lakin biz çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var".Regional nəqliyyat infrastrukturu barədəMirzoyan həmçinin deyib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını bərpa etməyə hazırdır.Onun sözlərinə görə, Ermənistan bu layihənin Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcəyini anlayaraq, əsasən Azərbaycanla, həm də Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını bərpa etməyə hazırdır.“Əgər bu həyata keçirilərsə, bu, Körfəz ölkələrini Qara dəniz iqtisadi regionu ilə bərabərlik və qarşılıqlılıq prinsipləri ilə əlaqələndirmək üçün daha bir maraqlı yol olacaq”, - Mirzoyan bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460106032_0:0:2732:2048_1920x0_80_0_0_4eed94d9d9aadd56fd4d9da249cfb334.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, ermənistan, rusiya, ktmt, nəqliyyat, dəhliz, azərbaycan, türkiyə
ararat mirzoyan, ermənistan, rusiya, ktmt, nəqliyyat, dəhliz, azərbaycan, türkiyə
Ermənistan-Rusiya münasibətlərində problemlər var - Mirzoyan
XİN rəhbəri deyib ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, lakin təşkilatın mexanizmlərinin işə salınmasında israrlıdır.
BAKI, 30 aprel — Sputnik. Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var və ölkələr bu problemlərin həlli üçün dialoq aparır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.
"Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var. Bu məsələlərlə bağlı bizim dialoqumuz var, onların arasında tam qarşılıqlı anlaşma tələb edən məsələlər var, amma hesab edirəm ki, bütün münasibətlərdə belə problemlər var", - XİN rəhbəri deyib.
XİN rəhbəri deyib ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, lakin təşkilatın mexanizmlərinin işə salınmasında israrlıdır.
"KTMT, artıq qeyd etdiyim kimi, üzv dövlətlərin sərhədlərini qorumaq üçün yaradılan hərbi-siyasi birlikdir və lazımi cavabın olmaması Ermənistan cəmiyyətində suallar yaradıb və biz uğursuz mexanizmlərin bir hissəsi olmaq istəmirik. Biz hələ də KTMT-nin üzvüyük, lakin biz çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var".
Regional nəqliyyat infrastrukturu barədə
Mirzoyan həmçinin deyib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını bərpa etməyə hazırdır.
“Ermənistan buna təkcə hazır deyil, həm də beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır, buna görə də hökumətimiz regionun iqtisadi rifahı baxımından “Sülh kəsişməsi” təşəbbüsünü irəli sürüb, bu həm də regionda sülhün bərqərar olması üçün mühüm amilə çevriləcək”.
Onun sözlərinə görə, Ermənistan bu layihənin Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcəyini anlayaraq, əsasən Azərbaycanla, həm də Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını bərpa etməyə hazırdır.
“Əgər bu həyata keçirilərsə, bu, Körfəz ölkələrini Qara dəniz iqtisadi regionu ilə bərabərlik və qarşılıqlılıq prinsipləri ilə əlaqələndirmək üçün daha bir maraqlı yol olacaq”, - Mirzoyan bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.