https://sputnik.az/20240430/azerkosmosun-xidmet-ixrac-etdiyi-olkelerin-sayi-artib-464297404.html
"Azərkosmos"un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
"Azərkosmos"un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
Sputnik Azərbaycan
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır. 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T20:37+0400
2024-04-30T20:37+0400
2024-04-30T20:37+0400
"azərkosmos" açıq səhmdar cəmiyyəti
iqtisadiyyat
xidmət
ölkə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:120:1280:840_1920x0_80_0_0_b036537c649d710aefc8eb0c49d0166f.jpg.webp
BAKI, 30 aprel — Sputnik. Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın aprel buraxılışında bildirilir. Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır. 3 ay ərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb. Təkcə martda isə "Azərkosmos" 43 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Qeyd edək ki, "Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramı məhsulunu Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək. Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:0:1280:960_1920x0_80_0_0_8714f5c92c532ae38b3764e6f6fbe372.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azərkosmos" açıq səhmdar cəmiyyəti, xidmət, ölkə
"azərkosmos" açıq səhmdar cəmiyyəti, xidmət, ölkə
"Azərkosmos"un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır.
BAKI, 30 aprel — Sputnik. Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın aprel buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır.
3 ay ərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
Təkcə martda isə "Azərkosmos" 43 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Qeyd edək ki, "Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramı məhsulunu Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.
Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.