SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə: “Şvabe Avropanın yox, öz şəxsi maraqlarını güdür"

© Photo : APAAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Millət vəkili Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.
BAKI, 30 aprel - Sputnik. “Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın Azərbaycana qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır”. Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar. Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Onun Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq sahiblərinin könlünü xoş etmək istəyirlər” – Asim Mollazadə deyib.

Millət vəkili əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya mediasında dəfələrlə məlumatlar dərc edilib. Sadəcə, hakim partiyanın üzvü olduğuna görə, onunla bağlı istintaq yekunlaşmır.
“Şvabe həmişə olduğu kimi bu dəfə də öz sözünü yox, sifariş aldığı sahiblərinin sözünü deyir” – deyə Asim Mollazadə fikrini yekunlaşdırıb.
Qeyd edək ki, daha əvvəl AŞPA-da Azərbaycana qarşı sanksiya təklifləri ilə gündəmə gələn Şvabe, bu dəfə Azərbaycanı bu quruma buraxmamağı təklif edib.
Frank Şvabe 2005-ci ildən Şimali Reyn-Vestfaliya əyalətindən Bundestaqın üzvü seçilmiş Sosial Demokrat Partiyasının alman əsilli siyasətçisidir. Parlament işinə əlavə olaraq, Şvabe 2022-ci ildən kansler Olaf Şolts hökumətində İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyində Qlobal Dini Etiqad Azadlığı üzrə hakim vəzifəsində çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0