Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ÜDM-in artım tempinə görə Avropa İttifaqını xeyli qabaqlayır

© Sputnik / Кирилл КаллиниковУчастники проходят рядом со стендом с символикой Евразийского экономического форума
Участники проходят рядом со стендом с символикой Евразийского экономического форума - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Avrasiya İqtisadi İttifaqında 2023-cü ildə ticarət dövriyyəsi rekord həddə - 7,4 trilyon rubla çatıb.
BAKI, 30 aprel — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, 2023-cü ilin sonunda Avrasiya İqtisadi İttifaqında ümumi daxili məhsulun artımının Avropa İttifaqından əhəmiyyətli dərəcədə yaxşı və dünya üzrə orta göstəricidən yüksək olduğu ortaya çıxıb.

“İnteqrasiya birliklərinin inandırıcı nəticələr göstərməsi vacibdir, xüsusən də ötən ilin sonunda Avrasiya İttifaqında ümumi daxili məhsulun artımı 3,8% səviyyəsində qiymətləndirilir ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir və təbii ki, nəzərəçarpacaq dərəcədə yaxşıdır. Avropa İttifaqında bu, təxminən 0,5% təşkil edib”, - Mişustin Avrasiya inteqrasiyası üzrə strateji sessiyada bildirib.

Rusiya hökumətinin başçısı qeyd edib ki, beş ölkənin ÜDM-in artım tempi Avrasiya İqtisadi İttifaqının dərin inteqrasiya formatında iştirak etməyən MDB ölkələri ilə müqayisədə yüksəkdir.
Onun sözlərinə görə, bu, Aİİ-də qarşılıqlı fəaliyyətin faydasını bir daha sübut edir.
Mişustin həmçinin bildirib ki, 2023-cü ildə Avrasiya İqtisadi İttifaqında ticarət dövriyyəsi 2015-ci ildə assosiasiyanın yarandığı dövrdəki rəqəmləri demək olar ki, iki dəfə artıraraq rekord həddə - 7,4 trilyon rubla çatıb, MDB məkanında isə bu, 10 trilyon rubl həddini keçib.
“Qarşılıqlı ticarət də daim genişlənir. 2023-cü ildə Avrasiya İttifaqında o, rekord 7 trilyon 400 milyard rubla çatdı - yarandığı vaxtdan təxminən iki dəfə çox. Müstəqil Dövlətlər Birliyində isə 10 trilyon rubl həddi keçib”, - Mişustin bildirib.
Rusiya və Belarusun ittifaq dövlətinə gəlincə, iki ölkə arasında ticarət dövriyyəsi 4 trilyon rubla yaxınlaşıb, Rusiyanın baş naziri qeyd edib.
Xəbər lenti
0