https://sputnik.az/20240429/kreml-gurcustanda-veziyyeti-sabitlesdirmek-isteyir-a-ise-tiflise-barmaq-silkeledi-463721658.html
Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir
Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir
Sputnik Azərbaycan
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib. 29.04.2024, Sputnik Azərbaycan
2024-04-29T11:20+0400
2024-04-29T11:20+0400
2024-04-29T10:39+0400
dmitri peskov
dünya xəbərləri
kreml
rusiya
salome zurabişvili
gürcüstan
ai
avropa
https://cdnn1.img.sputnik.az/img/41568/63/415686316_0:160:3077:1890_1920x0_80_0_0_8c94399c4f330f72ab632acded311a30.jpg
BAKI, 29 aprel — Sputnik. Gürcüstan parlamenti xüsusi təhlükəsizlik rejiminə qayıdır.Bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.Bununla əlaqədar deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir media qurumundan maksimum iki qrup parlamentə daxil ola biləcək (Report).Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib.Xatırladaq ki, aprelin 16-da da eyni məsələ ilə bağlı Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilmişdi. 04.04.24, 22:10Kreml Gürcüstanda vəziyyəti sabitləşdirmək istəyir, Aİ isə Tiflisə barmaq silkələdiGürcüstan Rusiyanın qonşusudur, buna görə də Moskva ölkədəki vəziyyətin sabit olmasında maraqlıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml nümayəndəsinin sözlərinə görə, Gürcüstanda vəziyyətin sabitliyi və proqnozlaşdırılması Rusiya tərəfinin maraqları daxilindədir. "Gürcüstan bizim qonşumuzdur. Gürcüstanda vəziyyətin sabitliyi və proqnozlaşdırılması bizim maraqlarımıza uyğundur" - Peskov qeyd edib. Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili hakim partiya tərəfindən xarici agentlər haqqında qanun layihəsinin yenidən qəbul edilməsi barədə qərarını respublikanın Avropa İttifaqına (Aİ) gedən yolda təxribat kimi qiymətləndirib. Gürcüstan Prezidenti vurğulayıb ki, respublikanın hakim partiyası Aİ ilə danışıqların başlanmasını təmin edə biləcək bütün mümkün istiqamətlər üzrə Avropaya açıq-aşkar imtina ilə cavab verib. Aİ Gürcüstana xəbərdarlıq edibBu arada Avropa İttifaqının (Aİ) mətbuat xidməti Gürcüstanla bağlı məlumat yayıb. "Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur" - məlumatda deyilir.Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: "2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir".Aİ xatırladıb ki, Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib:"Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41568/63/415686316_172:0:2903:2048_1920x0_80_0_0_007fcd8076c4f7d219549cde44ba73a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, kreml, rusiya, salome zurabişvili, gürcüstan, ai, avropa
dmitri peskov, kreml, rusiya, salome zurabişvili, gürcüstan, ai, avropa
Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib.
BAKI, 29 aprel — Sputnik. Gürcüstan parlamenti xüsusi təhlükəsizlik rejiminə qayıdır.
Bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.
Bununla əlaqədar deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir media qurumundan maksimum iki qrup parlamentə daxil ola biləcək (Report).
Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib.
Xatırladaq ki, aprelin 16-da da eyni məsələ ilə bağlı Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilmişdi.
Kreml Gürcüstanda vəziyyəti sabitləşdirmək istəyir, Aİ isə Tiflisə barmaq silkələdi
Gürcüstan Rusiyanın qonşusudur, buna görə də Moskva ölkədəki vəziyyətin sabit olmasında maraqlıdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsinin sözlərinə görə, Gürcüstanda vəziyyətin sabitliyi və proqnozlaşdırılması Rusiya tərəfinin maraqları daxilindədir.
"Gürcüstan bizim qonşumuzdur. Gürcüstanda vəziyyətin sabitliyi və proqnozlaşdırılması bizim maraqlarımıza uyğundur" - Peskov qeyd edib.
Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili hakim partiya tərəfindən xarici agentlər haqqında qanun layihəsinin yenidən qəbul edilməsi barədə qərarını respublikanın Avropa İttifaqına (Aİ) gedən yolda təxribat kimi qiymətləndirib.
Gürcüstan Prezidenti vurğulayıb ki, respublikanın hakim partiyası Aİ ilə danışıqların başlanmasını təmin edə biləcək bütün mümkün istiqamətlər üzrə Avropaya açıq-aşkar imtina ilə cavab verib.
Aİ Gürcüstana xəbərdarlıq edib
Bu arada Avropa İttifaqının (Aİ) mətbuat xidməti Gürcüstanla bağlı məlumat yayıb.
"Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur" - məlumatda deyilir.
Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: "2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir".
Aİ xatırladıb ki, Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib:
"Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq".