Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Elektron tibbi arayışı almaq üçün nə etməliyik?-Rəsmi açıqlama

© AFP 2024 / PIERO CRUCIATTIXəstəxanada həkim
Xəstəxanada həkim - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
vətəndaşlar sosial şəbəkələrdə prossesin necə olacağını tam olaraq başa düşmədiklərini bildiriblər.
BAKI, 29 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.
Sözügedən xəbər tibb tarixində yeni bir hadisə kimi qiymətləndirilib, eyni zamanda müzakirələrə səbəb olub. Belə ki, vətəndaşlar sosial şəbəkələrdə prossesin necə olacağını tam olaraq başa düşmədiklərini bildiriblər.
Sputnik Azərbaycan-ın TƏBİB-ə istinadən məlumatına görə, vətəndaşlar elektron tibbi arayışı əldə etmələri üçün bu prosseslərdən keçməli olacaqlar:
- Tibb müəssisəsinə ilkin müraciət;
- Laborator analizlərin verilməsi;
- Həkim qəbullarından keçmək;
- Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi;
- Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi.
Daha sonra istifadəçilər "E-TABİB" mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet"ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.
Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatları yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
Xəbər lenti
0