https://sputnik.az/20240429/dovlet-neft-fondu-metanin-179-mln-dollarliq-sehmlerini-alib-464255549.html
Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb
Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb
Sputnik Azərbaycan
ARDNF ilk rübdə "NVIDIA"nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. 29.04.2024, Sputnik Azərbaycan
2024-04-29T19:48+0400
2024-04-29T19:48+0400
2024-04-29T19:48+0400
dövlət neft fondu
iqtisadiyyat
meta
səhm
https://cdnn1.img.sputnik.az/img/41494/86/414948620_0:0:2000:1125_1920x0_80_0_0_46cd17e3b9c143413605067942bd91c6.jpg
BAKI, 29 aprel — Sputnik. 2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox "Microsoft"un səhmlərinə sahib olub. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb. Fond "Microsoft"un əksinə, "Apple" üzrə səhm portfelini 77 mln. dollar və ya 15,5% azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə "Apple" ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib. ARDNF ilk rübdə "NVIDIA"nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. Fondun "NVIDIA" üzrə səhm portfelinin dəyəri 202 mln. dollardan 371 mln. dollara yüksəlib. ARDNF həmçinin, "Amazon" üzrə səhm portfelinin həcmini 233 mln. dollardan 279 milyon dollara çatdırıb. Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübdə "Alfabet" (Google) ARDNF-in TOP-5-yinə düşə bilməyib. Ötən ilin sonunda Fond "Alfabet"in 258 mln. dollar həcmində səhminə sahib olub. Əvəzində Fond Mark Zukerberqin "Meta platforms"ına 179 milyon dollar həcmdə investisiya edib. Sözügedən İT nəhənglərinin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4,0%, 3,4%, 3,0%, 2,3% və 1,4% təşkil edib. Qeyd edək ki, 2024-cü ilin ilk rübündə səhm portfelinə daxil olan TOP-5 şirkət üzrə ümumi yatırımların həcmi 1 mlrd. 742 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% çoxdur. Ötən il bu rəqəm 1 milyard 627 milyon dollar təşkil edib.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41494/86/414948620_283:0:1990:1280_1920x0_80_0_0_de005806f690cb1a9076d589807d5ede.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət neft fondu, meta, səhm
dövlət neft fondu, meta, səhm
Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb
ARDNF ilk rübdə "NVIDIA"nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb.
BAKI, 29 aprel — Sputnik. 2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox "Microsoft"un səhmlərinə sahib olub.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb.
Fond "Microsoft"un əksinə, "Apple" üzrə səhm portfelini 77 mln. dollar və ya 15,5% azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə "Apple" ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib.
ARDNF ilk rübdə "NVIDIA"nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. Fondun "NVIDIA" üzrə səhm portfelinin dəyəri 202 mln. dollardan 371 mln. dollara yüksəlib. ARDNF həmçinin, "Amazon" üzrə səhm portfelinin həcmini 233 mln. dollardan 279 milyon dollara çatdırıb.
Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübdə "Alfabet" (Google) ARDNF-in TOP-5-yinə düşə bilməyib. Ötən ilin sonunda Fond "Alfabet"in 258 mln. dollar həcmində səhminə sahib olub.
Əvəzində Fond Mark Zukerberqin "Meta platforms"ına 179 milyon dollar həcmdə investisiya edib. Sözügedən İT nəhənglərinin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4,0%, 3,4%, 3,0%, 2,3% və 1,4% təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin ilk rübündə səhm portfelinə daxil olan TOP-5 şirkət üzrə ümumi yatırımların həcmi 1 mlrd. 742 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% çoxdur. Ötən il bu rəqəm 1 milyard 627 milyon dollar təşkil edib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.