https://sputnik.az/20240429/azerbaycan-ve-ermenistan-arasinda-vasiteci-deyilik---qazaxistan-xn-464258961.html
Azərbaycan və Ermənistan arasında vasitəçi deyilik - Qazaxıstan XİN
Azərbaycan və Ermənistan arasında vasitəçi deyilik - Qazaxıstan XİN
Sputnik Azərbaycan
Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. 29.04.2024, Sputnik Azərbaycan
2024-04-29T16:52+0400
2024-04-29T16:52+0400
2024-04-29T16:57+0400
qazaxıstan
siyasət
xin
xin
danışıqlar
danışıqlar
astana
astana
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_0:142:3138:1907_1920x0_80_0_0_94e742b2771e5b1b6c7614525812b358.jpg
BAKI, 29 aprel — Sputnik. Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib. "Biz Almatıda bu danışıqları planlaşdırırıq. Biz indi Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq, mən qeyd etmək istərdim ki, biz yalnız xoşməramlı niyyətlər göstəririk, Astananın vasitəçiliyindən söhbət getmir", - Smadiyarov bildirib. Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.
astana
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_204:0:2935:2048_1920x0_80_0_0_be609c0465c13dbe4f3d136ef680e3c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, xin, xin, danışıqlar, danışıqlar, astana, astana, ermənistan, azərbaycan, kasım-jomart tokayev
qazaxıstan, xin, xin, danışıqlar, danışıqlar, astana, astana, ermənistan, azərbaycan, kasım-jomart tokayev
Azərbaycan və Ermənistan arasında vasitəçi deyilik - Qazaxıstan XİN
16:52 29.04.2024 (Yenilənib: 16:57 29.04.2024) Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər.
BAKI, 29 aprel — Sputnik. Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
"Biz Almatıda bu danışıqları planlaşdırırıq. Biz indi Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq, mən qeyd etmək istərdim ki, biz yalnız xoşməramlı niyyətlər göstəririk, Astananın vasitəçiliyindən söhbət getmir", - Smadiyarov bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.