DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyada Roma İmperiyasının banisinin villası tapılıb

© Sputnik / Александр Вильф / Mediabanka keçidRoma şəhərinə mənzərə
Roma şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Sözügedən xarabalıqlara iki ayrı villa daxildir: birinin üzəri eramızın 79-cu ilində vulkan püskürməsi zamanı tam örtülüb, digəri isə sonradan birincinin xarabalıqlarının üstündə tikilib.
BAKI, 28 aprel — Sputnik. Arxeoloqlar iyirmi illik qazıntılardan sonra Roma İmperiyasının ilk imperatoru Oktavian Avqusta aid ola biləcək villa aşkar ediblər.
Bu barədə "Smithsonian Magazine" məlumat yayıb.
Qay Yuli Sezarın böyük qardaşı oğlu Avqust sağlığında imperator titulundan istifadə etməyib. Bununla belə, o, Roma İmperiyasının formalaşmasında əsas fiqur hesab olunur. O, hakimiyyətinin 40 ili ərzində ölkənin ərazisini iki dəfədən çox artırıb.
Tokio Universitetinin tədqiqatçıları 2002-ci ildən bəri Vezuvi vulkanının şimalında yerləşən Sommu-Vezuviana arxeoloji sahəsini araşdırırlar. Son qazıntılar zamanı onlar eramızın 79-cu ildə vulkan püskürməsi nəticəsində dağılmış tikilinin qalıqlarını tapıblar.
Arxeoloqlar hesab edirlər ki, bu yer Augustusun itirilmiş villası ola bilər. Roma mənbələri onun eramızın 14-cü ildə Vezuvidən şimalda yerləşən villasında öldüyünü bildirir, lakin bu villanın izi hələ də tapılmayıb.
Sözügedən xarabalıqlara iki ayrı villa daxildir: birinin üzəri eramızın 79-cu ilində vulkan püskürməsi zamanı tam örtülüb, digəri isə sonradan birincinin xarabalıqlarının üstündə tikilib.
Köhnə villa divarları və damı qorunub saxlanılan dörd otaqdan ibarətdir. Otaqların birində 16 amfora - şərab daşımaq və saxlamaq üçün istifadə edilən hündür qədim Roma küpləri tapılıb. Digərində, arxeoloqların fikrincə, hamamda suyu qızdırmaq üçün istifadə edilən yanmış ocaqdan geri qalan çoxlu kömür və kül izləri olub. Hamamın olması villanın zəngin və nüfuzlu bir şəxsə məxsus olduğunu göstərir.
II əsrin ortalarında üzəri tamamilə lava ilə örtülmüş villanın olduğu yerdə yeni binaların tikintisinə başlanılıb. Yeni villa kərpic tağları, mərmər sütunları və heykəlləri olan geniş bir bina olub. Təxminən dördüncü əsrdə bu məkan yenidən dəyişərək şərab istehsalı üçün əsas mərkəzə çevrilib.
Tədqiqatçılar hesab edirlər ki, ilk villa piroklastik axınlar - vulkanın buraxdığı sıx kül və qaz kütlələri səbəbindən dağılıb.
Xəbər lenti
0