https://sputnik.az/20240428/ermeniler-azerbaycana-verilmesi-planlasdirilan-korpunun-qarsisini-kesibler-464168352.html
Sərhədin delimitasiyasına etiraz edən ermənilər İrəvan-Gümrü yolunu bağlayıblar
Sərhədin delimitasiyasına etiraz edən ermənilər İrəvan-Gümrü yolunu bağlayıblar
Sputnik Azərbaycan
Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyaları keçirirlər. 28.04.2024, Sputnik Azərbaycan
2024-04-28T18:30+0400
2024-04-28T18:30+0400
2024-04-28T17:32+0400
ermənilər
siyasət
ermənistan
əskipara
aşağı əskipara
delimitasiya və demarkasiya
delimitasiya
tavuş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458865702_0:200:2930:1848_1920x0_80_0_0_96fcca213891dcc027817b5e4dd9bb5a.jpg
BAKI, 28 aprel — Sputnik. Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb."Bazar günü vətəndaşlar Ermənistanın Tavuş bölgəsində keçirilən etiraz aksiyalarının iştirakçıları ilə həmrəylik əlaməti olaraq Yerevan-Gümrü avtomobil yolunu bağlayıblar" - Sputnik Ermənistan-ın məlumatında deyilir. Bildirilir ki, polis əməkdaşlarının səylərinə baxmayaraq, hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.Həmin günün axşam saatlarından başlayaraq Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyaları keçirirlər.25.04.24, 16:50Ermənilər Azərbaycana verilməsi planlaşdırılan körpünün qarşısını kəsiblərErmənistanın Tavuş vilayətinin Kirants kəndinin sakinləri delimitasiya prosesi çərçivəsində Azərbaycana verilməsi planlaşdırılan körpünün qarşısını kəsiblər. Kənd sakinlərinin sözlərinə görə, ərazinin minalardan təmizlənməsi prosesi və digər delimitasiya işləri bu yerdən bir qədər də uzaqda aparılacaq. Kənd sakinləri bunun qarşısını almağa çalışırlar. Kəndin üstündən (Əskiparaya doğru) yol da bağlı qalıb. Qeyd edək ki, Ermənistan Kadastr Komitəsinin xəritəsinə əsasən, körpü Ermənistan ərazisində yerləşir və sərhəd onun kənarları ilə keçir. Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər. Həmin vaxtdan Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyaları keçirirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
tavuş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458865702_100:0:2831:2048_1920x0_80_0_0_0ecc95211441c1251cee51c52b3f5cff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənilər, ermənistan, əskipara, aşağı əskipara, delimitasiya və demarkasiya, delimitasiya, tavuş
ermənilər, ermənistan, əskipara, aşağı əskipara, delimitasiya və demarkasiya, delimitasiya, tavuş
Sərhədin delimitasiyasına etiraz edən ermənilər İrəvan-Gümrü yolunu bağlayıblar
Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyaları keçirirlər.
BAKI, 28 aprel — Sputnik. Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.
"Bazar günü vətəndaşlar Ermənistanın Tavuş bölgəsində keçirilən etiraz aksiyalarının iştirakçıları ilə həmrəylik əlaməti olaraq Yerevan-Gümrü avtomobil yolunu bağlayıblar" - Sputnik Ermənistan-ın məlumatında deyilir.
Bildirilir ki, polis əməkdaşlarının səylərinə baxmayaraq, hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.
Həmin günün axşam saatlarından başlayaraq Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyaları keçirirlər.
Ermənilər Azərbaycana verilməsi planlaşdırılan körpünün qarşısını kəsiblər
Ermənistanın Tavuş vilayətinin Kirants kəndinin sakinləri delimitasiya prosesi çərçivəsində Azərbaycana verilməsi planlaşdırılan körpünün qarşısını kəsiblər.
Kənd sakinlərinin sözlərinə görə, ərazinin minalardan təmizlənməsi prosesi və digər delimitasiya işləri bu yerdən bir qədər də uzaqda aparılacaq. Kənd sakinləri bunun qarşısını almağa çalışırlar.
Kəndin üstündən (Əskiparaya doğru) yol da bağlı qalıb.
Qeyd edək ki, Ermənistan Kadastr Komitəsinin xəritəsinə əsasən, körpü Ermənistan ərazisində yerləşir və sərhəd onun kənarları ilə keçir.
Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər. Həmin vaxtdan Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyaları keçirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.