CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprelin 29-da Azərbaycanda 31° isti olacaq

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə, arxiv
Şuşa şəhərinə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi dağlıq ərazilərdə arabir duman olacağı bildirilir.
BAKI, 28 aprel - Sputnik. Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
***
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 30-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 27-32° isti, dağlarda 18-23° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0