https://sputnik.az/20240427/stoltenberq-son-aylar-muttefiqler-ukraynaya-ved-etdikleri-yardimi-vermirler-464214078.html
Stoltenberq: Son aylar müttəfiqlər Ukraynaya vəd etdikləri yardımı vermirlər
Stoltenberq: Son aylar müttəfiqlər Ukraynaya vəd etdikləri yardımı vermirlər
Sputnik Azərbaycan
Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb. 27.04.2024, Sputnik Azərbaycan
2024-04-27T00:38+0400
2024-04-27T00:38+0400
2024-04-27T00:38+0400
yens stoltenberq
dünya xəbərləri
müttəfiq
ukrayna
yardım
nato
nato
silahlı qüvvələr
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238497_0:160:3072:1888_1920x0_80_0_0_ca21c2c05bb3fa3656732edcc4e60836.jpg
BAKI, 27 aprel — Sputnik. ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya və onun ordusuna lazımi dəstək göstərməyiblər. Bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Hazırda Almaniyada səfərdə olan baş katibin çıxışı Şimali Atlantika Alyansının saytında yayımlanıb. "Dürüst olmalıyıq - son aylar NATO müttəfiqləri Ukraynaya kömək etmək vədlərinə əməl etmədilər", - Stoltenberq bildirib. O, Vaşinqtonun Ukraynaya hərbi yardımı çox uzun müddət gecikdirməsinə xüsusi diqqət çəkib. Ölkədə problemlər var idi - hakimiyyət yeni dəstək paketi ilə bağlı konsensusa gələ bilmirdi. Bu zaman Avropa ölkələri Kiyevin problemlərindən uzaqlaşıblar. Onlar nəzərdə tutulduğundan daha az avadanlıq çatdırıblar. Stoltenberq əmindir ki, bu cür hərəkətlərin mənfi nəticələri var. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Kiyev yeni silah səngərləri əldə etmək üçün on minlərlə ukraynalının həyatını qurban verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238497_171:0:2902:2048_1920x0_80_0_0_233395778202dc20a69c2d3b7f9414eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yens stoltenberq, müttəfiq, ukrayna, yardım, nato, nato, silahlı qüvvələr, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova
yens stoltenberq, müttəfiq, ukrayna, yardım, nato, nato, silahlı qüvvələr, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova
Stoltenberq: Son aylar müttəfiqlər Ukraynaya vəd etdikləri yardımı vermirlər
Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb.
BAKI, 27 aprel — Sputnik. ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya və onun ordusuna lazımi dəstək göstərməyiblər.
Bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Hazırda Almaniyada səfərdə olan baş katibin çıxışı Şimali Atlantika Alyansının saytında yayımlanıb.
"Dürüst olmalıyıq - son aylar NATO müttəfiqləri Ukraynaya kömək etmək vədlərinə əməl etmədilər", - Stoltenberq bildirib.
O, Vaşinqtonun Ukraynaya hərbi yardımı çox uzun müddət gecikdirməsinə xüsusi diqqət çəkib. Ölkədə problemlər var idi - hakimiyyət yeni dəstək paketi ilə bağlı konsensusa gələ bilmirdi.
Bu zaman Avropa ölkələri Kiyevin problemlərindən uzaqlaşıblar. Onlar nəzərdə tutulduğundan daha az avadanlıq çatdırıblar.
Stoltenberq əmindir ki, bu cür hərəkətlərin mənfi nəticələri var. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Kiyev yeni silah səngərləri əldə etmək üçün on minlərlə ukraynalının həyatını qurban verib.