https://sputnik.az/20240427/bezi-peyvendler-omurluk-immunitet-yaradir---mutexessis-464148691.html
Bəzi peyvəndlər ömürlük immunitet yaradır - Mütəxəssis
Bəzi peyvəndlər ömürlük immunitet yaradır - Mütəxəssis
Sputnik Azərbaycan
Səbinə Cəfərova qeyd edib ki, Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var. Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. 27.04.2024, Sputnik Azərbaycan
2024-04-27T20:25+0400
2024-04-27T20:25+0400
2024-04-27T20:25+0400
peyvənd
səhiyyə
pediatr
azərbaycan
həkim
virus
infeksiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510281_0:0:3000:1688_1920x0_80_0_0_e1fe2ab815ca03eb9bde7267bf840acf.jpg
BAKI, 24 aprel — Sputnik. "Bəzi peyvəndlər ömürlük immunitet yaradır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib. Pediatr misal kimi poliomielit peyvəndini göstərib:Səbinə Cəfərova qeyd edib ki, Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var:"Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. Kəskin respirator virus infeksiyası, xroniki xəstəliyin kəskinləşməsi, kəskin yoluxucu xəstəlik dövründə müvəqqəti tibbi əks-göstəriş olur. Əgər uşaqda hər hansı nevroloji problem yoxdursa, ona peyvənd edilir. Əgər birinci peyvənddən sonra uşaqda güclü ağrı hissi, qıcolma, yüksək hərarət, allergik reaksiyalar olursa, peyvəndi davam etmək olmaz. Yəni, 1-ci peyvənddə ağırlaşma baş verirsə, növbəti dəfə uşaq tərkibində ağırlaşma verməyən vaksinlə peyvənd edilir".Mütəxəssis onu da bildirib ki, bütün vaksinlər əvvəlki dozaya şiddətli reaksiya və ya peyvənd sonrası ağırlaşma olubsa, təxirə salına bilər.Pediatr sonda bildirib ki, anadangəlmə immunodefisit zamanı yalnız inaktivləşdirilmiş peyvənddən istifadə etmək olar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510281_261:0:2928:2000_1920x0_80_0_0_0da866ed906ee9e051f86c3cef9465c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
peyvənd, pediatr, azərbaycan, həkim, virus, infeksiya
peyvənd, pediatr, azərbaycan, həkim, virus, infeksiya
Bəzi peyvəndlər ömürlük immunitet yaradır - Mütəxəssis
Səbinə Cəfərova qeyd edib ki, Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var. Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur.
BAKI, 24 aprel — Sputnik. "Bəzi peyvəndlər ömürlük immunitet yaradır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib.
Pediatr misal kimi poliomielit peyvəndini göstərib:
"Bəziləri isə 10-15 il ərzində daha güclü qoruyucu gücə malik olur. Qızılca, məxmərək əleyhinə peyvəndlər bu sıradadır. Ancaq sağlamlıq vəziyyəti imkan verməyən uşaqlara peyvənd vurulmur".
Səbinə Cəfərova qeyd edib ki, Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var:
"Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. Kəskin respirator virus infeksiyası, xroniki xəstəliyin kəskinləşməsi, kəskin yoluxucu xəstəlik dövründə müvəqqəti tibbi əks-göstəriş olur. Əgər uşaqda hər hansı nevroloji problem yoxdursa, ona peyvənd edilir. Əgər birinci peyvənddən sonra uşaqda güclü ağrı hissi, qıcolma, yüksək hərarət, allergik reaksiyalar olursa, peyvəndi davam etmək olmaz. Yəni, 1-ci peyvənddə ağırlaşma baş verirsə, növbəti dəfə uşaq tərkibində ağırlaşma verməyən vaksinlə peyvənd edilir".
Mütəxəssis onu da bildirib ki, bütün vaksinlər əvvəlki dozaya şiddətli reaksiya və ya peyvənd sonrası ağırlaşma olubsa, təxirə salına bilər.
"Vaksinasiya üçün yalançı əks göstərişlər də var. Bunlara perinatal ensefalopatiya, timus vəzinin böyüməsi, allerqiya, astma, ekzema, anadangəlmə qusurlar, anemiyalar aiddir. Hər bir halda peyvəndin vurulub-vurulmayacağına yalnız həkim qərar verə bilər", - həkim fikrini tamamlayıb.
Pediatr sonda bildirib ki, anadangəlmə immunodefisit zamanı yalnız inaktivləşdirilmiş peyvənddən istifadə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.