NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycandan Qırğızıstana neft məhsulları ixrac olunacaq? Nazir açıqladı

© Photo : AZƏRTACTaalaybek İbrayev
Taalaybek İbrayev - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Abunə olmaq
2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsini həcmi 65 milyon dollara çatıb.
BAKI, 27 aprel - Sputnik. Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib. Bu barədə Kabar agentliyinə müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.
Onun sözlərinə görə, Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbərliyi ilə danışıqlar aparılıb.
Danışıqlar çərçivəsində tərəflər Azərbaycandan neft məhsullarının Qırğızıstana tədarükü imkanlarını müzakirə ediblər.
Qırğız nazir qeyd edib ki, Azərbaycan neft məhsullarının ən böyük ixracatçılarından biridir:

"Tezliklə Qırğızıstanda "Cunda" neft emalı zavodu da fəaliyyətə başlayacaq və onun tələbatı ildə 1 milyon tondan çox olacaq. Bununla bağlı SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarükü məsələləri müzakirə olunub. Öz növbəsində, onlar da əməkdaşlığa hazırdırlar. Hazırda logistika məsələsi üzərində işləyirik”.

© Photo : Official website of the President of the Kyrgyz Republicİki ölkə prezidenti İlham Əliyev və Sadır Japarov, arxiv
Президенты двух стран Садыр Жапаров и Ильхам Алиев подписали Решение о заседании первого Межгосударственного совета между Кыргызской Республикой и Азербайджанской Республикой. - Sputnik Azərbaycan, 1920, 27.04.2024
İki ölkə prezidenti İlham Əliyev və Sadır Japarov, arxiv
Qeyd edək ki, Sadır Japarovun Azərbaycana səfəri zamanı Dövlətlərarası Şuranın ikinci iclası keçirilib və səfər nəticəsində bir çox sazişlər imzalanıb.
Onu da qeyd edək ki, hazırda Azərbaycan və Qırğızıstan arasında əlaqələr yüksələn xətt üzrə gedir - ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artır, ölkələr birgə layihələr həyata keçirir, həmçinin qarşılıqlı investisiyaları və özəl sektorun işini həvəsləndirirlər.
Belə ki, 2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə altı dəfədən çox artaraq 65 milyon dollara çatıb. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya respublikasına ixracı 12,5 dəfə artıb.
Xüsusilə Qırğızıstan qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 2024-cü ilin yanvar-fevral aylarının yekunlarına əsasən, ölkə ötən ilin müvafiq dövründəki 2,1 milyon ABŞ dolları ilə müqayisədə 18,2 milyon ABŞ dolları dəyərində mal alaraq qeyri-neft Azərbaycan məhsullarının ilk beş idxalçıları siyahısına daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0