https://sputnik.az/20240426/rusiya-dovlet-dumasina-a-ve-ran-arasinda-azad-ticaret-sazisi-ratifikasiya-edilib-464205869.html
Rusiya Dövlət Dumasında Aİİ və İran arasında azad ticarət sazişi ratifikasiya edilib
Rusiya Dövlət Dumasında Aİİ və İran arasında azad ticarət sazişi ratifikasiya edilib
Sputnik Azərbaycan
Saziş Aİİ ölkələri ilə İran arasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın olan əsas ticarət qaydalarını formalaşdırır. 26.04.2024, Sputnik Azərbaycan
2024-04-26T16:19+0400
2024-04-26T16:19+0400
2024-04-26T16:55+0400
rusiya dövlət duması
iqtisadiyyat
aii
avrasiya iqtisadi ittifaqı
imzalanma
saziş
dövlət duması
ratifikasiya
iran
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452169996_0:160:3072:1888_1920x0_80_0_0_2443bb23f51eb8888261345d4b2e4bd0.jpg
BAKI, 26 aprel — Sputnik. Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.Bu barədə Rusiya parlamentinin aşağı palatasının məlumat bazasından bildirilib.Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib. Saziş bir tərəfdən Aİİ və onun üzv dövlətləri, digər tərəfdən isə İran arasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına mümkün qədər yaxın olan əsas ticarət qaydalarını formalaşdırır. Bu, xüsusən də ən əlverişli rejim və milli rejim, qoruyucu tədbirlərin və gömrük inzibatçılığının tətbiqi, kəmiyyət qadağalarından və malların idxalına qoyulan məhdudiyyətlərdən imtina ilə əlaqədardır. Sənəddə baytarlıq, sanitar və fitosanitar tədbirlər və texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını müəyyən edən müddəalar da var. Üstəlik, standart ÜTT qaydalarına əlavə olaraq, saziş onların əhatə dairəsindən kənara çıxan, lakin hələ də Aİİ-də tətbiq olunan öhdəlikləri nəzərdə tutur. Saziş, həmçinin müxtəlif sahələrdə, o cümlədən faydalı qazıntıların hasilatı, emalı və istifadəsi, enerji səmərəliliyi, tədqiqat və innovasiyalar, təhsil, tibb, nəqliyyat, o cümlədən multimodal daşınma, telekommunikasiya, nəqliyyat və logistika infrastrukturunun inkişafı, nəqliyyat dəhlizləri sahələrində əməkdaşlığın qurulmasını nəzərdə tutur. İzahat qeydinə əsasən, saziş xarici iqtisadi fəaliyyətin məhsul çeşidinin, təxminən 87%-i üçün güzəştli ticarət rejimini müəyyən edir. Onun həyata keçirilməsi Rusiya ixracatçılarına rüsumların ödənilməsində hər il, təxminən 300 milyon dollar qənaət etməyə imkan yaradacaq və İranla ticarət-iqtisadi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verəcək. Aİİ ölkələrinin İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişini əvəz etməli olan tam miqyaslı azad ticarət sazişi 2023-cü ilin dekabr ayının sonunda imzalayıb. İmzalanma Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində baş tutub.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452169996_171:0:2902:2048_1920x0_80_0_0_c695639ad9562b5c9b34fdf839dc2e57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya dövlət duması, aii, avrasiya iqtisadi ittifaqı, imzalanma, saziş, dövlət duması, ratifikasiya, iran, iran
rusiya dövlət duması, aii, avrasiya iqtisadi ittifaqı, imzalanma, saziş, dövlət duması, ratifikasiya, iran, iran
Rusiya Dövlət Dumasında Aİİ və İran arasında azad ticarət sazişi ratifikasiya edilib
16:19 26.04.2024 (Yenilənib: 16:55 26.04.2024) Saziş Aİİ ölkələri ilə İran arasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın olan əsas ticarət qaydalarını formalaşdırır.
BAKI, 26 aprel — Sputnik. Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Bu barədə Rusiya parlamentinin aşağı palatasının məlumat bazasından bildirilib.
Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Saziş bir tərəfdən Aİİ və onun üzv dövlətləri, digər tərəfdən isə İran arasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına mümkün qədər yaxın olan əsas ticarət qaydalarını formalaşdırır. Bu, xüsusən də ən əlverişli rejim və milli rejim, qoruyucu tədbirlərin və gömrük inzibatçılığının tətbiqi, kəmiyyət qadağalarından və malların idxalına qoyulan məhdudiyyətlərdən imtina ilə əlaqədardır.
Sənəddə baytarlıq, sanitar və fitosanitar tədbirlər və texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını müəyyən edən müddəalar da var. Üstəlik, standart ÜTT qaydalarına əlavə olaraq, saziş onların əhatə dairəsindən kənara çıxan, lakin hələ də Aİİ-də tətbiq olunan öhdəlikləri nəzərdə tutur.
Saziş, həmçinin müxtəlif sahələrdə, o cümlədən faydalı qazıntıların hasilatı, emalı və istifadəsi, enerji səmərəliliyi, tədqiqat və innovasiyalar, təhsil, tibb, nəqliyyat, o cümlədən multimodal daşınma, telekommunikasiya, nəqliyyat və logistika infrastrukturunun inkişafı, nəqliyyat dəhlizləri sahələrində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
İzahat qeydinə əsasən, saziş xarici iqtisadi fəaliyyətin məhsul çeşidinin, təxminən 87%-i üçün güzəştli ticarət rejimini müəyyən edir. Onun həyata keçirilməsi Rusiya ixracatçılarına rüsumların ödənilməsində hər il, təxminən 300 milyon dollar qənaət etməyə imkan yaradacaq və İranla ticarət-iqtisadi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verəcək.
Aİİ ölkələrinin İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişini əvəz etməli olan tam miqyaslı azad ticarət sazişi 2023-cü ilin dekabr ayının sonunda imzalayıb. İmzalanma Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində baş tutub.