SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün tarixi razılaşdırılır

© Photo : MFA AzerbaijanCeyhun Baryamov və Ararat Mirzoyan
Ceyhun Baryamov və Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, ölkəsi Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.
BAKI, 26 aprel — Sputnik. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün tarixi razılaşdırılır.
Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O deyib ki, ölkəsi Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.
"Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik" - XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, fevralın 28-də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində ikitərəfli görüş keçirilib.
Xəbər lenti
0