DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qrossi: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

© AFP 2024 / ALEX HALADABeynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Qrossi daha əvvəl Zaporojye atom elektrik stansiyasında böyük nüvə qəzasının real təhlükəsi barədə bildirərək bəyan etmişdi ki, obyektə edilən hücumlar Zaporojya AES-in təhlükəsizlik prinsiplərindən birini pozub.
BAKI, 26 aprel — Sputnik. Zaporojye AES-də vəziyyət hələ də gözlənilməzdir.
Bunu MAQATE rəhbəri Rafael Qrossi deyib.
O qeyd edib ki, pilotsuz uçuş aparatlarının Zaporojya AES-ə hücumları, təxminən 7 gündür ki, qeydə alınmır.
"Biz bir həftə əvvəl baş vermiş hadisədən sonra yeni IHA hücumları barədə xəbər almadıq ki, bu da sevindirməyə bilməz. Lakin təcrübələrimizdən bilirik ki, vəziyyət hər an kəskin şəkildə pisə doğru dəyişə bilər. O, son dərəcə gözlənilməz olaraq qalır" - Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri bildirib.
Xatırladaq ki, aprelin 18-də reaktor simulyatoru olan binaya pilotsuz uçan aparatla hücum cəhdi barədə məlumat yayılmışdı.
Qrossi daha əvvəl Zaporojye atom elektrik stansiyasında böyük nüvə qəzasının real təhlükəsi barədə bildirərək bəyan etmişdi ki, obyektə edilən hücumlar Zaporojya AES-in təhlükəsizlik prinsiplərindən birini pozub.
Xəbər lenti
0