Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxış edib.
BAKI, 26 aprel - Sputnik. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu vurğulayan dövlət başçısı bildirib: “Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun”.
"Ümidvaram, bu beynəlxalq platforma bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlət başçısı diqqətə çatdırıb: “Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur” - Əliyev deyib.
Xəbər lenti
0