https://sputnik.az/20240426/gunesli-havada-qoruyucu-eyneklerden-imtina-etmek-korluga-sebeb-olur---hekim-oftalmoloq--464157410.html
Günəşli havada qoruyucu eynəklərdən imtina etmək korluğa səbəb olur - həkim-oftalmoloq
Günəşli havada qoruyucu eynəklərdən imtina etmək korluğa səbəb olur - həkim-oftalmoloq
Sputnik Azərbaycan
Ultrabənövşəyi şüalar orqanizmimiz üçün çox vacibdir, lakin gözlər üçün təhlükəlidir. 26.04.2024, Sputnik Azərbaycan
2024-04-26T08:03+0400
2024-04-26T08:03+0400
2024-04-26T08:03+0400
eynəklər
elm
korluq
həkim
d vitamini
ultrabənövşəyi
https://cdnn1.img.sputnik.az/img/42340/36/423403663_0:158:3079:1890_1920x0_80_0_0_c47075fdf742aa30299dc5dfd864f89b.jpg
BAKI, 26 aprel — Sputnik. Ultrabənövşəyi şüalar gözün buynuz qişasına təsir edir və intensiv şüalanma nəticəsində onun yanmasına, kataraktın inkişafına və göz səthinin xoşxassəli yenitörəmələrinə səbəb olur. Buna görə də günəşli havada qoruyucu eynək taxmamaq görmə problemlərinin inkişafına, o cümlədən kataraktın ağırlaşması nəticəsində korluğa gətirib çıxara bilər. Bu barədə "Ya viju" (Mən gürürəm) göz mikrocərrahiyyəsi klinikasının həkim-oftalmoloqu Aleksandr Kuskov "Gazeta.Ru"ya məlumat verib. "Ultrabənövşəyi şüalar orqanizmimiz üçün çox vacibdir, çünki o, orqanizmə D vitaminini sintez etməyə kömək edir. Lakin eyni ultrabənövşəyi şüalar gözlər üçün təhlükəlidir, yəni gözlər eynəklə qorunmadığı təqdirdə günəş işığını özünə çəkən buynuz qişası və retina üçün təhlükəlidir. Gözün buynuz qişasına daxil olan ultrabənövşəyi şüalar onun yanmasına səbəb ola bilər və distrofik dəyişikliklərin əmələ gəlməsinə və retina toxumasının zədələnməsinə gətirib çıxarır" - Kuskov bildirib. Həkimin sözlərinə görə, buynuz qişanın yanma simptomlarına göz yaşının artması, işıqdanqorxma və blefarospazm (gözün dairəvi əzələsinin spazmatik daralması) daxildir. Katarakt görmə kəskinliyinin azalması ilə ifadə edilir, ilkin mərhələlərdə gözlər qarşısında pərdə hissinin və gözlərin hərəkəti zamanı "qara ləkələrin" olması da narahatçılıq yaradır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42340/36/423403663_175:0:2906:2048_1920x0_80_0_0_4f186a308dbcada0de23346ffbf895ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
eynəklər, korluq, həkim, d vitamini, ultrabənövşəyi
eynəklər, korluq, həkim, d vitamini, ultrabənövşəyi
Günəşli havada qoruyucu eynəklərdən imtina etmək korluğa səbəb olur - həkim-oftalmoloq
Ultrabənövşəyi şüalar orqanizmimiz üçün çox vacibdir, lakin gözlər üçün təhlükəlidir.
BAKI, 26 aprel — Sputnik. Ultrabənövşəyi şüalar gözün buynuz qişasına təsir edir və intensiv şüalanma nəticəsində onun yanmasına, kataraktın inkişafına və göz səthinin xoşxassəli yenitörəmələrinə səbəb olur. Buna görə də günəşli havada qoruyucu eynək taxmamaq görmə problemlərinin inkişafına, o cümlədən kataraktın ağırlaşması nəticəsində korluğa gətirib çıxara bilər.
Bu barədə "Ya viju" (Mən gürürəm) göz mikrocərrahiyyəsi klinikasının həkim-oftalmoloqu Aleksandr Kuskov "Gazeta.Ru"ya məlumat verib.
"Ultrabənövşəyi şüalar orqanizmimiz üçün çox vacibdir, çünki o, orqanizmə D vitaminini sintez etməyə kömək edir. Lakin eyni ultrabənövşəyi şüalar gözlər üçün təhlükəlidir, yəni gözlər eynəklə qorunmadığı təqdirdə günəş işığını özünə çəkən buynuz qişası və retina üçün təhlükəlidir. Gözün buynuz qişasına daxil olan ultrabənövşəyi şüalar onun yanmasına səbəb ola bilər və distrofik dəyişikliklərin əmələ gəlməsinə və retina toxumasının zədələnməsinə gətirib çıxarır" - Kuskov bildirib.
Həkimin sözlərinə görə, buynuz qişanın yanma simptomlarına göz yaşının artması, işıqdanqorxma və blefarospazm (gözün dairəvi əzələsinin spazmatik daralması) daxildir. Katarakt görmə kəskinliyinin azalması ilə ifadə edilir, ilkin mərhələlərdə gözlər qarşısında pərdə hissinin və gözlərin hərəkəti zamanı "qara ləkələrin" olması da narahatçılıq yaradır.