DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-dən "qırmızı xətt"i keçməməyi tələb edib

© AFP 2024 / GREG BAKERÇin və ABŞ bayraqları
Çin və ABŞ bayraqları - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Van İ Çinin daxili işlərinə qarışmamağı, ölkənin inkişafına mane olmamağı məsləhət görüb.
BAKI, 26 aprel — Sputnik. Çində səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
Çinin rəsmi mediası xəbər verir ki, görüşdə nazir Van İ ABŞ-dən Çinin suverenlik, təhlükəsizlik və inkişaf maraqları ilə bağlı "qırmızı xətt"i keçməməyi tələb edib. Pekinin tərəflərin bir-birinin əsas maraqlarına qarşılıqlı hörmət prinsipinə tərəfdar olduğunu bildirən Van İ Çinin daxili işlərinə qarışmamağı, ölkənin inkişafına mane olmamağı məsləhət görüb. O, ölkəsinin Çin-ABŞ münasibətlərinə bəşəriyyət üçün ortaq gələcəyi olan cəmiyyət qurmaq prizmasından yanaşdığını deyib.
"Çinin mövqeyi həmişə ardıcıl olub" - söyləyən Çin rəsmisi əlavə edib ki, ölkəsi qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafını təşviq etməyə çalışır.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken aprelin 24-dən Çində səfərdədir. ABŞ-nin baş diplomatı səfərinə Şanxay şəhərindən başlayıb. Bu, onun son bir ildə Çinə 2-ci səfəridir. Dövlət katibi rəsmi görüşlərdən əvvəl bildirib ki, Vaşinqton və Pekin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır. O, Vaşinqton və Pekinin dünya qarşısında iki ölkə arasındakı münasibətlərə görə məsuliyyəti öz üzərimizə götürmək öhdəliyi olduğunu deyib.
Ekspertlər hesab edirlər ki, Antoni Blinkenin cari səfəri olduqca gərgin dövrə təsadüf edir. ABŞ bu günlərdə Tayvana bir neçə milyard dollarlıq yardım barədə qərar qəbul edib. Bundan başqa, Prezident Cozef Bayden Çinə məxsus "Tik-Tok" sosial şəbəkəsini ABŞ-də qadağan etməyə imkan verən qanun layihəsini imzalayıb. Belə bir vəziyyətdə Blinkenin Çin rəsmiləri ilə görüşlərində əldə olunacaq nəticələr beynəlxalq təhlilçiləri dərindən maraqlandırır. Güman olunur ki, tərəflər Rusiya-Ukrayna münasibətləri, Yaxın Şərqdə və Koreya yarımadasında vəziyyət, Cənubi Çin dənizi, o cümlədən Tayvan məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0