https://sputnik.az/20240426/cernobil-hadiseleri-ile-elaqedar-elilliyi-olan-sexslerin-sosial-mudafiesi-guclendirilib-464185730.html
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib
Sputnik Azərbaycan
1986-cı il aprelin 26-da baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan xeyli insan iştirak edərək öz töhfəsini... 26.04.2024, Sputnik Azərbaycan
2024-04-26T17:43+0400
2024-04-26T17:43+0400
2024-04-26T17:43+0400
çernobıl
cəmiyyət
əlil
sosial
müdafiə
çernobl aes
ukraynanın çernobıl atom elektrik stansiyası
çernobıl faciəsi
qəza
qəza
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 26 aprel — Sputnik. Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 38 il ötür. 1986-cı il aprelin 26-da baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan xeyli insan iştirak edərək öz töhfəsini verib. Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı digər əlilliyi olan şəxslər kimi, Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımların atılmasına imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliklərinin səbəblərinə görə həmin şəxslər Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər (2047 nəfər) və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1824 nəfər) olmaqla iki qrup üzrə müəyyən ediliblər. Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata keçirilir. Həmçinin həmin kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur. Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə pensiya, bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (100 manat) ödənilir. Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə pensiyaların orta aylıq məbləği iki dəfədən çox, müavinət və təqaüd ödənişləri isə beş dəfə artıb. Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir. Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çernobıl, əlil, sosial, müdafiə, çernobl aes, ukraynanın çernobıl atom elektrik stansiyası, çernobıl faciəsi, qəza, qəza, qəza, qəza, qəza, əlillik, əmək və əhalinin sosial müdafiə nazirliyi
çernobıl, əlil, sosial, müdafiə, çernobl aes, ukraynanın çernobıl atom elektrik stansiyası, çernobıl faciəsi, qəza, qəza, qəza, qəza, qəza, əlillik, əmək və əhalinin sosial müdafiə nazirliyi
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib
1986-cı il aprelin 26-da baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan xeyli insan iştirak edərək öz töhfəsini verib.
BAKI, 26 aprel — Sputnik. Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 38 il ötür. 1986-cı il aprelin 26-da baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan xeyli insan iştirak edərək öz töhfəsini verib.
Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı digər əlilliyi olan şəxslər kimi, Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımların atılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliklərinin səbəblərinə görə həmin şəxslər Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər (2047 nəfər) və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1824 nəfər) olmaqla iki qrup üzrə müəyyən ediliblər.
Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata keçirilir.
Həmçinin həmin kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir.
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.
Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə pensiya, bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (100 manat) ödənilir.
Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə pensiyaların orta aylıq məbləği iki dəfədən çox, müavinət və təqaüd ödənişləri isə beş dəfə artıb.
Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir.
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da həyata keçirilir.