Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Avropada malyariya və dang qızdırması aktiv şəkildə yayılır

© AFP 2024 / CHRISTOPHE SIMONAğcaqanadlar, arxiv
Ağcaqanadlar, arxiv - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Britaniyalı professorun sözlərinə görə, növbəti bir neçə onillikdə infeksiyaların yayılması Avropanın şimalında, Asiyada, Şimali Amerikada və Avstraliyanın hazırda təsirlənməmiş ərazilərində baş verəcək.
BAKI, 26 aprel — Sputnik. Qlobal istiləşmə ilə əlaqədar Avropada ağcaqanadlarla ötürülən malyariya və dang qızdırması aktiv şəkildə yayılır.
Xarici KİV-lərin xəbərinə görə, bu barədə britaniyalı professor Reyçel Lou məlumat yayıb.
Onun sözlərinə görə, növbəti bir neçə onillikdə infeksiyaların yayılması Avropanın şimalında, Asiyada, Şimali Amerikada və Avstraliyanın hazırda təsirlənməmiş ərazilərində baş verəcək.
O, bu problemi Barselonada Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin qlobal konqresində səsləndirməyi planlaşdırır.
Xatırladaq ki, tropik və subtropik bölgələrdə baş verən dang qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. İyun, sentyabr, dekabr və mart ayları kimi yağışlı aylarda xəstəlik daha da artır. Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye ərazilərindəki zibilliklərin daim dezinfeksiya edilməsinə ehtiyac var.
Xəbər lenti
0