Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Almaniya Kansleri İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü
Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
"Əminəm ki, əməkdaşlığımızı daha da dərinləşdirəcəyik" - Almaniya Kansleri vurğulayıb.
BAKI, 26 aprel - Sputnik. Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.
"Report" xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəflərini formalaşdıra bilərik. Biz iqlim maliyyələşməsinə büdcədən 6 milyard ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm" - o qeyd edib.
O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib.
"Əminəm ki, əməkdaşlığımızı daha da dərinləşdirəcəyik" - Almaniya Kansleri vurğulayıb.
Xəbər lenti
0