https://sputnik.az/20240425/tokayev-qazaxistanlilari-tolerantliq-gostermeye-cagirib-464159642.html
Tokayev qazaxıstanlıları tolerantlıq göstərməyə çağırıb
Tokayev qazaxıstanlıları tolerantlıq göstərməyə çağırıb
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti bildirib ki, Moskva vilayətində baş vermiş qanlı terror aktı onların qəlbində böyük ağrı ilə rezonans doğurub. 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T19:41+0400
2024-04-25T19:41+0400
2024-04-25T19:41+0400
kasım-jomart tokayev
dünya xəbərləri
crocus city
crocus city hall
qazaxıstan
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_0:41:1280:761_1920x0_80_0_0_c7569216eee1700faf8f2b73f67e2c02.jpg
BAKI, 25 aprel — Sputnik. Populyarlıq axtarışında olan Qazaxıstan dövlətçiliyinin əleyhdarları sosial şəbəkələrdə öz dağıdıcı gündəmlərini yaymağa çalışırlar. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. "Belə çətin vaxtlarda bizim üçün əsas olan birliyi və həmrəyliyi qoruyub saxlamaqdır. Biz cəmiyyətimizi parçalayan fəaliyyətlərin qarşısında keçilməz sədd qoymalıyıq. Qazax dövlətçiliyinin əleyhdarları boş dayanmırlar, yalan məlumatlar yayaraq sosial şəbəkələrdə öz dağıdıcı gündəmlərini sırımağa çalışırlar. Daxil olan məlumatlara tənqidi yanaşmaq, rəsmi mənbələrə inanmaq, əsas diqqəti faktlara yönəltmək bizim hamımız üçün həmişəkindən daha vacibdir" - Tokayev bildirib. Tokayev qazaxıstanlıları başqa xalqın dili və mədəniyyəti məsələsində təmkin və dözümlülük nümayiş etdirməyə çağırıb: Tokayev vurğulayıb ki, bir çox ölkələr üçün dil məsələsi aktual olub və qalır və tarixi təcrübə göstərir ki, konkret ölkədə ictimai-siyasi vəziyyətin sabitliyi onun həllindən asılıdır. "Biz xarici və daxili amilləri nəzərə alaraq bu son dərəcə həssas sahədə strateji təmkin və dözümlülük nümayiş etdirməliyik, lakin millətlərarası ünsiyyətdə dövlət dilinin hərtərəfli inkişafına diqqətin artırılmasını istisna etmirik", Qazaxıstan prezidenti qeyd edib. O, həmçinin vurğulayıb ki, ağır beynəlxalq vəziyyətdən radikal ideologiya və ksenofobiyanın təbliği üçün istifadə etmək cəhdləri ekstremist qüvvələrin kəskin şəkildə fəallaşmasına gətirib çıxarır. Bu da öz növbəsində dünyada terror təhlükələrinin artmasına səbəb olur. "Bu yaxınlarda Moskva vilayətində baş vermiş qanlı terror aktı bizim qəlbimizdə böyük ağrı ilə rezonans doğurdu. Qazaxıstanda və bütün dünyada eyni reaksiya var". O bildirib ki, Qazaxıstan beynəlxalq hüquqa və hamılıqla qəbul edilmiş humanist ideallara daim sadiq olan dövlət kimi BMT-yə üzv ölkələri mülki şəxslərə qarşı bu qeyri-insani zorakılıq aktını pisləməyə çağıran ilk ölkələrdən olub. "Yalnız dialoq və səylərin birləşdirilməsi yolu ilə bəşəriyyət artan xaos və dağıntı dalğasına müqavimət göstərə, beynəlxalq münasibətlərdə parçalanma və etimad böhranını aradan qaldıra biləcək" - Tokayev bildirib. Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb və konsert zalını yandırıblar. Son məlumatlara görə, 145 nəfər ölüb. Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, bu cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli və qaçılmaz cəzaya məruz qalacaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_106:0:1174:801_1920x0_80_0_0_4f174ddf9ef504962fd7bca2696c708f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, crocus city, crocus city hall , qazaxıstan, rusiya, rusiya prezidenti vladimir putin
kasım-jomart tokayev, crocus city, crocus city hall , qazaxıstan, rusiya, rusiya prezidenti vladimir putin
Tokayev qazaxıstanlıları tolerantlıq göstərməyə çağırıb
Qazaxıstan Prezidenti bildirib ki, Moskva vilayətində baş vermiş qanlı terror aktı onların qəlbində böyük ağrı ilə rezonans doğurub.
BAKI, 25 aprel — Sputnik. Populyarlıq axtarışında olan Qazaxıstan dövlətçiliyinin əleyhdarları sosial şəbəkələrdə öz dağıdıcı gündəmlərini yaymağa çalışırlar. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Belə çətin vaxtlarda bizim üçün əsas olan birliyi və həmrəyliyi qoruyub saxlamaqdır. Biz cəmiyyətimizi parçalayan fəaliyyətlərin qarşısında keçilməz sədd qoymalıyıq. Qazax dövlətçiliyinin əleyhdarları boş dayanmırlar, yalan məlumatlar yayaraq sosial şəbəkələrdə öz dağıdıcı gündəmlərini sırımağa çalışırlar. Daxil olan məlumatlara tənqidi yanaşmaq, rəsmi mənbələrə inanmaq, əsas diqqəti faktlara yönəltmək bizim hamımız üçün həmişəkindən daha vacibdir" - Tokayev bildirib.
Tokayev qazaxıstanlıları başqa xalqın dili və mədəniyyəti məsələsində təmkin və dözümlülük nümayiş etdirməyə çağırıb:
"Dünyada baş verən həyəcanverici hadisələr fonunda biz bir xalq olaraq niyyət və istəklərimizdə daha həmrəy olmalıyıq, cəmiyyətdə etnik üstünlüyün və təcridin hər hansı təzahürlərinə qarşı dözümsüzlük mühiti yaratmaq, təxribatlar və vətəndaşlara qarşı mədəni, linqvistik, etnik və ya dini zəmində ayrı-seçkilik cəhdlərinin qarşısını almaq vacibdir".
Tokayev vurğulayıb ki, bir çox ölkələr üçün dil məsələsi aktual olub və qalır və tarixi təcrübə göstərir ki, konkret ölkədə ictimai-siyasi vəziyyətin sabitliyi onun həllindən asılıdır.
"Biz xarici və daxili amilləri nəzərə alaraq bu son dərəcə həssas sahədə strateji təmkin və dözümlülük nümayiş etdirməliyik, lakin millətlərarası ünsiyyətdə dövlət dilinin hərtərəfli inkişafına diqqətin artırılmasını istisna etmirik", Qazaxıstan prezidenti qeyd edib.
O, həmçinin vurğulayıb ki, ağır beynəlxalq vəziyyətdən radikal ideologiya və ksenofobiyanın təbliği üçün istifadə etmək cəhdləri ekstremist qüvvələrin kəskin şəkildə fəallaşmasına gətirib çıxarır. Bu da öz növbəsində dünyada terror təhlükələrinin artmasına səbəb olur.
"Bu yaxınlarda Moskva vilayətində baş vermiş qanlı terror aktı bizim qəlbimizdə böyük ağrı ilə rezonans doğurdu. Qazaxıstanda və bütün dünyada eyni reaksiya var".
O bildirib ki, Qazaxıstan beynəlxalq hüquqa və hamılıqla qəbul edilmiş humanist ideallara daim sadiq olan dövlət kimi BMT-yə üzv ölkələri mülki şəxslərə qarşı bu qeyri-insani zorakılıq aktını pisləməyə çağıran ilk ölkələrdən olub.
"Yalnız dialoq və səylərin birləşdirilməsi yolu ilə bəşəriyyət artan xaos və dağıntı dalğasına müqavimət göstərə, beynəlxalq münasibətlərdə parçalanma və etimad böhranını aradan qaldıra biləcək" - Tokayev bildirib.
Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb və konsert zalını yandırıblar. Son məlumatlara görə, 145 nəfər ölüb. Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, bu cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli və qaçılmaz cəzaya məruz qalacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.