Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

SputnikPro: Peşəkar azərbaycanlı tələbələrlə sirlərini bölüşür

Abunə olmaq
Sputnik Azərbaycan bu dəfə Azərbaycan Dillər Universitetinin tələbələri üçün SputnikPro maarifləndirmə layihəsinin növbəti modulunu həyata keçirib. Ətraflı məlumat videomuzda.
Sputnik Azərbaycan SputnikPro maarifləndirmə layihəsinin növbəti modulunu həyata keçirib. Bu dəfəki layihə Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün təşkil olunub. Ustad dərsini (master-klass) "Rossiya Seqodnya" media qrupunun məsləhətçisi Oleq Dmitriyev aparıb. O, praktiki təcrübəsini bölüşərək xəbərləri düzgün təqdim etmək və günün əsas xəbərini seçmək üçün bəzi sirləri açıqlayıb.
Fakültə tələbələri belə maraqlı mühazirəyə görə Sputnik Azərbaycan-a minnətdarlıqlarını bildiriblər və gələcəkdə öz sahələrinin peşəkarları ilə mümkün qədər tez-tez oflayn olaraq görüşmək istədiklərini qeyd ediblər.
"SputnikPro", "Sputnik" agentliyinin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq media təhsili layihəsidir. Bu, jurnalistlər, mətbuat katibləri, blogerlər və universitetlərin ixtisaslaşdırılmış bölmələrinin yuxarı kurs tələbələri üçün ən yaxşı rus və xarici media menecerləri, ekspertlər və agentliyin aparıcı mütəxəssisləri tərəfindən unikal seminarlar, mühazirələr və ustad dərsləri sistemidir.
Xəbər lenti
0