https://sputnik.az/20240425/sabiq-bas-pediatr-ozunu-gulleledi-464142149.html
Baş Prokurorluq sabiq Baş pediatrın intiharı ilə bağlı xəbərdarlıq etdi!
Baş Prokurorluq sabiq Baş pediatrın intiharı ilə bağlı xəbərdarlıq etdi!
Sputnik Azərbaycan
Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb... 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T13:25+0400
2024-04-25T13:25+0400
2024-04-25T13:32+0400
hadisə
baş
pediatr
güllə
hadisə
https://cdnn1.img.sputnik.az/img/41067/97/410679723_0:0:1724:971_1920x0_80_0_0_a645f24e9532bd6f69f402b931b1dc24.jpg
BAKI, 25 aprel — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərləri yayan media qurumlarına xəbərdarlıq edib.Sputnik Azərbaycan-a Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir: "Xəbər verildiyi kimi, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib. Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur. Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".Qeyd edək ki, Nəsib Quliyev uzun illər Səhiyyə Nazirliyinin baş pediatrı və Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş direktoru işləyib. O, 73 yaşında həyatına qəsd edib.24.04.24, 14:39Sabiq baş pediatr özünü güllələdiRespublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyərək öldürüb. Hadisəni Nəsib Quliyevin qohumları Sputnik Azərbaycan-a təsdiqləyiblər. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi. O, uzun illər idi ki, Səhiyyə Nazirliyinin baş pediatrı kimi fəaliyyət göstərib. Tibb elmləri doktorunun 73 yaşı vardı.Allah rəhmət eləsin!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41067/97/410679723_169:0:1566:1048_1920x0_80_0_0_d73577f72118f090b2a9465040c6e2a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş, pediatr, güllə, hadisə
baş, pediatr, güllə, hadisə
Baş Prokurorluq sabiq Baş pediatrın intiharı ilə bağlı xəbərdarlıq etdi!
13:25 25.04.2024 (Yenilənib: 13:32 25.04.2024) Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.
BAKI, 25 aprel — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərləri yayan media qurumlarına xəbərdarlıq edib.
Sputnik Azərbaycan-a Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir:
"Xəbər verildiyi kimi, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib.
Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".
Qeyd edək ki, Nəsib Quliyev uzun illər Səhiyyə Nazirliyinin baş pediatrı və Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş direktoru işləyib. O, 73 yaşında həyatına qəsd edib.
Sabiq baş pediatr özünü güllələdi
Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.
Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyərək öldürüb. Hadisəni Nəsib Quliyevin qohumları Sputnik Azərbaycan-a təsdiqləyiblər. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi. O, uzun illər idi ki, Səhiyyə Nazirliyinin baş pediatrı kimi fəaliyyət göstərib. Tibb elmləri doktorunun 73 yaşı vardı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.