Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST qızılca hadisəsi ilə bağlı rəqəmləri açıqladı

© iStock.com / StockPlanetsQızılcaya yoluxmuş uşaq, arxiv şəkli
Qızılcaya yoluxmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
Bu səylər nəticəsində qızılca xəstəliyinin yayılması son 50 ildə kəskin şəkildə azalıb.
BAKI, 25 aprel — Sputnik. Təkcə keçən il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda 53 ölkədən 41-də 58 000-dən çox qızılca hadisəsi qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycandakı Ofisi məlumat yayıb.
Qeyd olunub ki, 1963-cü ildən etibarən dünyada qızılcaya qarşı peyvənd istifadə olunur: "1974-cü ildən başlayaraq 14 il ərzində qızılca peyvəndi ÜST-ün Avropa regionuna daxil olan 53 ölkənin hamısı tərəfindən tətbiq edilməyə başlanmışdı. Bu səylər nəticəsində qızılca xəstəliyinin yayılması son 50 ildə kəskin şəkildə azalıb. Buna baxmayaraq, pandemiya dönəmində uşaqların vaksinasiya əhatəsinin nəzərəçarpan dərəcədə azalması ilə bağlı olaraq qızılca xəstəliyi yenidən baş qaldırmışdır. Təkcə 2023-cü ildə ÜST-ün Avropa regionunda 53 ölkədən 41-də 58000-dən çox qızılca hadisəsi qeydə alınıb".
Bildirilib ki, bu, cəmiyyətlərimizi qızılca epidemiyasından qorumaq üçün peyvənd əhatəsinin hər zaman yüksək səviyyədə saxlanmasının vacib olduğunu xatırladır:
"Unutmayaq ki, peyvənd özümüzü və yaxınlarımızı qorumaq üçün ən təhlükəsiz və ən effektiv üsul olaraq qalır".
05.03.24, 15:42
Qızılca ilə bağlı hesabat açıqlandı
2023-cü ildə Azərbaycan ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabatda bildirilir ki, keçən il yenidoğulmuşlar "Hepatit B" vaksini ilə 97,9%, vərəm əleyhinə BCG vaksini ilə 94,7% əhatə olunublar.
Qeyd olunub ki, 1 yaşa qədər uşaqların poliomielit əleyhinə ikivalentli OPV (oral) vaksini ilə 77,7%, GDTHibHepB vaksini ilə 68,3%, pnevmokok əleyhinə vaksinlə 68,2%, poliomielit əleyhinə inaktivləşdirilmiş İPV vaksini ilə 76,2%-i əhatə olunmuşdur. 6 yaşlı uşaqlar qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 72,3%, difteriya və tetanus əleyhinə DT vaksini ilə 79,4% əhatə olunmuşdur.
Ümumilikdə respublika üzrə müxtəlif səbəblərdən peyvəndlərdən kənarda qalmış uşaqlardan 36,4 mini vaksinasiyaya cəlb olunub.
30.01.24
TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib.
Qurumdan bildirilib ki, əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb.
Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər:

"Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər".

Sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0