https://sputnik.az/20240425/polsa-mudafie-nazirliyi-olke-seferberlik-ucun-kisileri-ukraynaya-qaytarmaga-hazirdir-464178261.html
Polşa Müdafiə Nazirliyi: ölkə səfərbərlik üçün kişiləri Ukraynaya qaytarmağa hazırdır
Polşa Müdafiə Nazirliyi: ölkə səfərbərlik üçün kişiləri Ukraynaya qaytarmağa hazırdır
Sputnik Azərbaycan
Polyakların çoxu Polşa şəhərlərində əylənən gənc ukraynalı kişiləri görməkdən heç də məmnun deyillər. 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T22:04+0400
2024-04-25T22:04+0400
2024-04-25T22:04+0400
polşa
dünya xəbərləri
ukrayna
varşava
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/01/459168689_0:160:3072:1888_1920x0_80_0_0_82acea9ee83328cb0893621b3f218b37.jpg
BAKI, 25 aprel — Sputnik. Hərbi yaşda olan ukraynalı kişilər başqa ölkələrdə səfərbərlikdən yayınmağa çalışırlar. Bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış "Polsat News" telekanalının efirində bildirib. O, vətəndaşları səfərbərlik üçün öz vətənlərinə qaytarmağa hazır olduqlarını bəyan edib. Nazirin sözlərinə görə, polyakların çoxu Polşa şəhərlərində əylənən gənc ukraynalı kişiləri görməkdən heç də məmnun deyillər. Belə ki, gənc ukraynalı kişilər kafelərdə dincəlir, rahat otellərdə yaşayırlar. "Ukraynaya kömək etmək üçün biz çox səy göstəririk" - şöbə müdiri vurğulayıb. O, ukraynalıların vətənlərinə dəqiq necə qaytarılacağını açıqlamayıb. Bununla belə, Kosiniyak-Kamış əlavə edib ki, Varşava əvvəllər də Kiyevə belə bir xidmət təklif edib. Daha əvvəl bir neçə yüz ukraynalının Varşavada "Sənəd" Dövlət Müəssisəsinin pasport xidmətini blokladığı bildirilmişdi. Həmin ukraynalılar onlara xarici pasportların verilməsini tələb ediblər. Həyəcana səbəb Ukrayna Xarici İşlər Nazirliyinin xaricdə olan kişilər üçün konsulluq xidmətlərinin dayandırılması ilə bağlı əmr verməsi olub.
varşava
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/01/459168689_171:0:2902:2048_1920x0_80_0_0_52e3a67d1935890e4761d3358950f6c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
polşa, ukrayna, varşava, kiyev
polşa, ukrayna, varşava, kiyev
Polşa Müdafiə Nazirliyi: ölkə səfərbərlik üçün kişiləri Ukraynaya qaytarmağa hazırdır
Polyakların çoxu Polşa şəhərlərində əylənən gənc ukraynalı kişiləri görməkdən heç də məmnun deyillər.
BAKI, 25 aprel — Sputnik. Hərbi yaşda olan ukraynalı kişilər başqa ölkələrdə səfərbərlikdən yayınmağa çalışırlar.
Bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış "Polsat News" telekanalının efirində bildirib. O, vətəndaşları səfərbərlik üçün öz vətənlərinə qaytarmağa hazır olduqlarını bəyan edib.
Nazirin sözlərinə görə, polyakların çoxu Polşa şəhərlərində əylənən gənc ukraynalı kişiləri görməkdən heç də məmnun deyillər. Belə ki, gənc ukraynalı kişilər kafelərdə dincəlir, rahat otellərdə yaşayırlar.
"Ukraynaya kömək etmək üçün biz çox səy göstəririk" - şöbə müdiri vurğulayıb.
O, ukraynalıların vətənlərinə dəqiq necə qaytarılacağını açıqlamayıb. Bununla belə, Kosiniyak-Kamış əlavə edib ki, Varşava əvvəllər də Kiyevə belə bir xidmət təklif edib.
Daha əvvəl bir neçə yüz ukraynalının Varşavada "Sənəd" Dövlət Müəssisəsinin pasport xidmətini blokladığı bildirilmişdi. Həmin ukraynalılar onlara xarici pasportların verilməsini tələb ediblər. Həyəcana səbəb Ukrayna Xarici İşlər Nazirliyinin xaricdə olan kişilər üçün konsulluq xidmətlərinin dayandırılması ilə bağlı əmr verməsi olub.