https://sputnik.az/20240425/naxcivanin-bas-naziri-vezifesinden-azad-olunub-464161404.html
Naxçıvanın yeni baş naziri kimdir?
Naxçıvanın yeni baş naziri kimdir?
Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin təqdimatı və Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov olub. 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T13:03+0400
2024-04-25T13:03+0400
2024-04-25T13:05+0400
naxçıvan
azərbaycan xəbərləri
baş nazir
maliyyə nazirliyi
vasif talıbov
ali məclisin sədri vasif talıbov
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 25 aprel — Sputnik. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub. Bu barədə müvafiq qərar qəbul edilib.Xatırladaq ki, Səbuhi Hidayət oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən 2020-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsinə təyin edilib. Bu barədə qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov olub.Ceyhun Cəlilov kimdir?Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.Evlidir, iki övladı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, baş nazir, maliyyə nazirliyi, vasif talıbov, ali məclisin sədri vasif talıbov
naxçıvan, baş nazir, maliyyə nazirliyi, vasif talıbov, ali məclisin sədri vasif talıbov
Naxçıvanın yeni baş naziri kimdir?
13:03 25.04.2024 (Yenilənib: 13:05 25.04.2024) Azərbaycan Prezidentinin təqdimatı və Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov olub.
BAKI, 25 aprel — Sputnik. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.
Bu barədə müvafiq qərar qəbul edilib.
Xatırladaq ki, Səbuhi Hidayət oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən 2020-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsinə təyin edilib. Bu barədə qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.
Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov olub.
Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.
2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.