https://sputnik.az/20240425/ermenistan-tebrizde-bas-konsulluq-acir-464160517.html
Ermənistan Təbrizdə baş konsulluq açır
Ermənistan Təbrizdə baş konsulluq açır
Sputnik Azərbaycan
2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini... 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T12:39+0400
2024-04-25T12:39+0400
2024-04-25T13:05+0400
təbriz
siyasət
baş konsulluq
ararat mirzoyan
əmir abdullahiyan
ermənistan
iran
tehran
https://cdnn1.img.sputnik.az/img/07e8/04/19/464160349_0:364:2993:2047_1920x0_80_0_0_d4128fa2b63977109f66087aff6c459a.jpg
BAKI, 25 aprel — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq. Bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib. Xərclər smetası da təsdiq edilib. Baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib. İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı İran tərəfi ilə Təbrizdə Baş Konsulluğun açılması ilə bağlı razılıq əldə olunub. 2022-ci il oktyabrın 21-də Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər. Eyni zamanda onlar Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılacağını elan ediblər. 2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.
tehran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/19/464160349_131:0:2860:2047_1920x0_80_0_0_92f4a47f2150446c70f37e982309ad2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbriz, baş konsulluq, ararat mirzoyan, əmir abdullahiyan, ermənistan, iran, tehran
təbriz, baş konsulluq, ararat mirzoyan, əmir abdullahiyan, ermənistan, iran, tehran
Ermənistan Təbrizdə baş konsulluq açır
12:39 25.04.2024 (Yenilənib: 13:05 25.04.2024) 2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb.
BAKI, 25 aprel — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq. Bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib.
Xərclər smetası da təsdiq edilib. Baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib.
İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı İran tərəfi ilə Təbrizdə Baş Konsulluğun açılması ilə bağlı razılıq əldə olunub. 2022-ci il oktyabrın 21-də Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər. Eyni zamanda onlar Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılacağını elan ediblər.
2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.