CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprelin 26-da hava isti olacaq - Proqnoz

© AR Ministry of Ecology and Natural ResourcesGöygöl, arxiv
Göygöl, arxiv - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 25 aprel — Sputnik. Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var.
Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Bu gün hava belə olacaq
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət 40-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 27-31° isti, dağlarda 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0