https://sputnik.az/20240425/azerbaycanin-ilk-ombudsmani-vefat-edib-464168220.html
Azərbaycanın ilk Ombudsmanı torpağa tapşırıldı
Azərbaycanın ilk Ombudsmanı torpağa tapşırıldı
Sputnik Azərbaycan
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T15:02+0400
2024-04-25T15:02+0400
2024-04-25T16:17+0400
elmira süleymanova
hadisə
ombudsman
ii fəxri xiyaban
prezident ilham əliyev
"şöhrət" ordeni
"şərəf" ordeni
https://cdnn1.img.sputnik.az/img/41324/00/413240043_0:0:2000:1125_1920x0_80_0_0_911e0d704d854f6f6875766849e4d5cf.jpg
BAKI, 25 aprel — Sputnik. Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova dəfn olunub.Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.Əklil mərhumənin məzarı üstünə qoyulub.***Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.***Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib. O, 87 yaşında dünyasını dəyişib. Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir. Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordeni ilə təltif edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41324/00/413240043_217:0:1924:1280_1920x0_80_0_0_f9d9a15d58f32ea6cdada0c464e4a7fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elmira süleymanova, ombudsman, ii fəxri xiyaban, prezident ilham əliyev, "şöhrət" ordeni, "şərəf" ordeni
elmira süleymanova, ombudsman, ii fəxri xiyaban, prezident ilham əliyev, "şöhrət" ordeni, "şərəf" ordeni
Azərbaycanın ilk Ombudsmanı torpağa tapşırıldı
15:02 25.04.2024 (Yenilənib: 16:17 25.04.2024) Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.
BAKI, 25 aprel — Sputnik. Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova dəfn olunub.
Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.
Əklil mərhumənin məzarı üstünə qoyulub.
Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.
Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.
Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.
O, 87 yaşında dünyasını dəyişib.
Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.
Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordeni ilə təltif edilib.