https://sputnik.az/20240424/terbiyeci-muellimlerin-vakant-yerler-uzre-qeydiyyati-baslayib-464132039.html
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
Sputnik Azərbaycan
Qeyd olunub ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq. 24.04.2024, Sputnik Azərbaycan
2024-04-24T23:47+0400
2024-04-24T23:47+0400
2024-04-24T23:47+0400
müəllim
təhsil
tərbiyəçi
qəbul
namizəd
bakı şəhəri üzrə təhsil idarəsi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42417/93/424179321_0:133:1281:853_1920x0_80_0_0_1924b71c04c028d96b64fea53ff549d0.jpg
BAKI, 24 aprel — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayıb. Bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq. Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər. Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək. Namizədlər 1 illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42417/93/424179321_0:0:1137:853_1920x0_80_0_0_3a242772963af0ac9b5d597fc8545bd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, tərbiyəçi, qəbul, namizəd, bakı şəhəri üzrə təhsil idarəsi, azərbaycan
müəllim, tərbiyəçi, qəbul, namizəd, bakı şəhəri üzrə təhsil idarəsi, azərbaycan
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
Qeyd olunub ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq.
BAKI, 24 aprel — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayıb. Bu barədə idarədən məlumat verilib.
Qeyd olunub ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq.
Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.
Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər.
Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək.
Namizədlər 1 illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.