https://sputnik.az/20240424/sgaldan-azad-edilmis-erazilerde-ilk-herrac-kecirilecek-464135407.html
İşğaldan azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək
İşğaldan azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək
Sputnik Azərbaycan
Hərracda Laçında yerləşən "Əhmədli" (45,2 ha) və Qubadlıda yerləşən "Hacılı" (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq. 24.04.2024, Sputnik Azərbaycan
2024-04-24T21:37+0400
2024-04-24T21:37+0400
2024-04-24T21:37+0400
hərrac
əhmədli
elektron hərrac
mişar
daş
qarabağın dirçəlişi və reinteqrasiyası
zəngilan
işğaldan azad edilmiş ərazilər
yataq
https://cdnn1.img.sputnik.az/img/07e5/05/04/426860733_0:316:3077:2047_1920x0_80_0_0_ca6f3238ff787cd65c3330955f7b950e.jpg
BAKI, 24 aprel — Sputnik. İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu, işğaldan azad edilmiş ərazilərdə ilk hərrac olacaq. Hərracda Laçında yerləşən "Əhmədli" (45,2 ha) və Qubadlıda yerləşən "Hacılı" (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq. İddiaçılar hərracda iştirak üçün tələb olunan sənədləri 5 iyun 2024-cü il saat 18:00-dək "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər. Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcək. Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/44aKyqB) və "Özəlləşdirmə portalı"nda (https://bit.ly/4aNreCh) tanış olmaq olar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/04/426860733_0:0:2729:2047_1920x0_80_0_0_b7d475740ba984182921393951ff69e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərrac, əhmədli, elektron hərrac, mişar, daş, zəngilan, işğaldan azad edilmiş ərazilər, yataq
hərrac, əhmədli, elektron hərrac, mişar, daş, zəngilan, işğaldan azad edilmiş ərazilər, yataq
İşğaldan azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək
Hərracda Laçında yerləşən "Əhmədli" (45,2 ha) və Qubadlıda yerləşən "Hacılı" (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.
BAKI, 24 aprel — Sputnik. İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu, işğaldan azad edilmiş ərazilərdə ilk hərrac olacaq.
Hərracda Laçında yerləşən "Əhmədli" (45,2 ha) və Qubadlıda yerləşən "Hacılı" (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirak üçün tələb olunan sənədləri 5 iyun 2024-cü il saat 18:00-dək "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.
Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/44aKyqB) və "Özəlləşdirmə portalı"nda (https://bit.ly/4aNreCh) tanış olmaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.