Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.
BAKI, 24 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.
24.04.24, 11:45
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.
© Official website of President of Azerbaijan RepublicQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
© Official website of President of Azerbaijan RepublicQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
24.04.24, 11:22
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
© Official website of President of Azerbaijan RepublicQırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
 - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
24.04.24, 10:27
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb. Qırğızıstan KİV-ləri xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.

"Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər" - o qeyd edib.

Bundan başqa, Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub.
S.Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək.
Daha əvvəl bu məktəbin Qırğızıstan tərəfindən inşa ediləcəyi barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0