https://sputnik.az/20240424/qazaxistanda-dasqinlar-uzunden-85-min-insan-texliye-menteqelerinde-qalir-464129919.html
Qazaxıstanda daşqınlar üzündən 8,5 min insan təxliyə məntəqələrində qalır
Qazaxıstanda daşqınlar üzündən 8,5 min insan təxliyə məntəqələrində qalır
Sputnik Azərbaycan
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb... 24.04.2024, Sputnik Azərbaycan
2024-04-24T12:41+0400
2024-04-24T12:41+0400
2024-04-24T12:54+0400
qazaxıstan
dünya xəbərləri
daşqın
vilayət
insan
təxliyə
ural
çay
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463925549_0:161:3067:1886_1920x0_80_0_0_e46592b330f22a2b8082362976b487f5.jpg
BAKI, 24 aprel — Sputnik. Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, hazırda respublikanın Atırau, Aktobe, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində daşqınlara qarşı mübarizə tədbirləri davam edir. Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində Jayık (Ural) çayının səviyyəsində tədricən azalma müşahidə olunur. Daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub. Xatırladaq ki, mart ayının sonu - aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. İyirmi rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ural
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463925549_169:0:2900:2048_1920x0_80_0_0_9d1f0a7019370a069373fa7738468bf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, daşqın, vilayət, insan, təxliyə, ural, çay
qazaxıstan, daşqın, vilayət, insan, təxliyə, ural, çay
Qazaxıstanda daşqınlar üzündən 8,5 min insan təxliyə məntəqələrində qalır
12:41 24.04.2024 (Yenilənib: 12:54 24.04.2024) Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub.
BAKI, 24 aprel — Sputnik. Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Bu saatadək 31112 nəfər öz evlərinə qayıdıb. Eyni zamanda 8566 nəfər, o cümlədən 3718 uşaq hələ də təxliyə mərkəzlərində qalır. Ümumilikdə isə mart ayından bəri 119 mindən çox insan daşqın zonalarından təxliyə edilib" - Askar Şarip bildirib.
Onun sözlərinə görə, hazırda respublikanın Atırau, Aktobe, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində daşqınlara qarşı mübarizə tədbirləri davam edir. Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində Jayık (Ural) çayının səviyyəsində tədricən azalma müşahidə olunur. Daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub.
Xatırladaq ki, mart ayının sonu - aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. İyirmi rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.