Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans başlayıb

© Photo : REPORTCOP29 ilə əlaqədar Təşkilat Komitəsinin iclası, arxiv
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin iclası, arxiv
 - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.
BAKI, 24 aprel — Sputnik. Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumu çərçivəsində konfrans işinə başlayıb.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər.
Qeyd edək ki, həmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.
İşğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib. Qarabağda dayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.
Paneldə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə Vahid Hacıyev çıxış edəcəklər.
Xatırladaq ki, aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0